Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-27/2024 30.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və X4 xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayətə 30 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə olunması qərara alınmışdır. X2 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 rəisi əvəzi X8 tərəfindən onun haqqında qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında göstərmişdir ki, Zərdab rayon Şahhüseynli kəndində Bələdiyyə Sədri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə 8 saylı RETSİ-nin əməkdaşı X5 tərəfindən İXM-nin 266.2-ci maddəsinə əsasən ona MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sözügedən protokola əsasən 11 dekabr 2023-cü il tarixdə 8 saylı RETSİ-nin rəisi əvəzi X8 tərəfindən ona MN № ******* saylı inzibati tənbeh vermə haqqında qrar tərtib olunmuşdur. Həmin qərara əsasən İXM-nin 266.2-ci maddəsinə əsasən 3500 ( üç mi beş yüz) manat cərim olunub. Məlumat üçün qeyd edir ki, həmn qərarın tərtib olunmasına səbəb kimi Zərdab rayonu, Şahhüseynli kəndi ərazisində xx.xx.2023-cü il tarixdə formalaşan məişət tullantılarının kəndarası yolun kənarında toplanaraq qalaqlanması göstərilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğunu hesab etdiyi üçün sözü gedən qərarın ləğv edilməsini xahiş edir. Belə ki, bələdiyyələrin yetərincə özünü idarə edəbilməsi üçün maliyyə vəsaiti olmadığından və məişət tullantılarının əvvəlcədən müəyyən olunan xüsusi mühafizə qaydalarının tələblərinə əməl edilərək yer ayrılması üçün bələdiyyənin maliyyə vəsaiti yoxdur. 25 yanvar 2024-cü il tarxə saat 12:15-ə təyin olunmuş məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 nümayaəndəsi X5 izahat vererərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə məişət tullantılarının əvvəlcədən müəyyən olunmamış əraizələrə tökülməsinə dair yerlərin müəyyən olunması barədə tərbirlər planına əsasən Zərdab rayonu, Şahhüseynli kəndi ərazisndə keçirililən reyd zamanı sözügedən məişət tullantılarının Zərdab rayonu, Şahhüseynli kənd Bələdiyyəsi tərəfindən əvvəlcədən müəyyən olunmuş yer olmadan nizamlanmamış qaydada ətrafa tökülməsi hadisəsi müəyyən olunmuşdur. Sözü gedən tərbirlər planı çərçivəsində onun tərəfindən həmin kəndin Bələdiyyə sədri X2 barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək onun 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi üçün inzibati xəta haqqında protokol tərtib olunaraq həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda ölkə ərazisində bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün lazımi şərait və maddi təminat forması olmadığından hazır ki, şikayətçi X2 məişət tullantılarının əvvəlcədən müəyyən olunmuş yer üzrə tökülməsini təmin etməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 əməkdaşı X5 tərəfindən 23 noyabr 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Ərazi Ekologiya və X4 xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş, həmin qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinmiş və onun 3500 (üç min beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara, şikayətçinin və Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 nümayəndəsinin izahatlarına, tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X1 əməli məişət tullantılarınn əvvəlcədən müəyyən olunmamış yer üzrə atılaraq ətraf mühitin çirkləndirilməsi kimi qiymətləndirilmişdir. Lakin, iş materiallarında X2 tərəfindən ətraf mühitin çirkləndirməsinə dair hər hansı sübut yoxdur. Belə ki, Qeyd olunduğu kimi istər “bələdiyyələrin statusu haqqında”, istərsədə “istehsalat və məişət tullantıları haqqında” qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən məişət tullantılarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bu hüququ bələdiyyələr maliyyə imkanlarına uyğun olaraq tərtib etdikləri ekoloji proqramlar çərçivəsində həyata keçirə bilərlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məişət tullantılarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi, emalı ilə bağlı Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən Zərdab rayon Şahhüseynli kənd bələdiyyəsinin vəzifəli şəxsinə tərtib eilmiş protokol qanuna uyğun deyil və bələdiyyələrin yetərincə özünü idarə edəbilməsi üçün maliyyə vəsaiti olmadığından, bu kimi məsələlər o cümlədən məişət tullantılarının əvvəlcədən müəyyən olunan xüsusi mühafizə qaydalarının tələblərinə əməl edilərək yer ayrılması bələdiyyənin vəzifəsi olmadığı üçün X1 əməlində izibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin 1-ci bəndinə əsasən yerli özünü idarəni Bələdiyyələr həyata küçirir. Konstitusiyanın 144-cü maddəsinin 9-cu bəndinə görə Bələdiyyələr iclaslarında yerli ekoloji proqramların qəbul və icra edilməsi məsələləri həll olunur. Bələdiyyələrin statusu haqqında qanunun 6-cı maddəsinin 1-ci bəndinə görə yerli ekoloji proqramlarda məqsəd dövlətin həyata keçirdiyi ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanması, bələdiyyə ərazisinin yaxşılaşdırılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə X1 əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 rəisi əvəzi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X4 rəisi əvəzi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-27/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-27/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver