Məhkəmə qərarları › İş №3(035)-273/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-273/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-273/2024 28.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunu, Pərvanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 28 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat aliment tutularaq tələbkar X1 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsi ilə sorğular edilmiş, lakin borclunun adına tələbin ynəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şöbəyə çağırılsada çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Belə olan halda borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan olunmuş, icra olunması üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şöbəkyə təhvil verilmiş, aliment borcunu ödəməli olduğu ona bildirilmişdir. Bundan sonra borclu aliment borcunu ödəməmiş və müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış elan olunması barədə xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün aidiyyəti orqana göndərilmiş, borclu xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verilmiş icra sənədi üzrə aliment borcunu tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Daha sonra borclu aliment borcunu ödəməmiş və müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq edilmişdir. Borlunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq təqdimatla məhkəməyə müraciət edilmişdir. Borclunun xx.xx.2023-cü il tarixdə izahatı alınmış icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş lakin borclu tələbi tam təmin edə bilməyəcyini bildirmişdir. Daha sonra borclu barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 3(035)-366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddətdə icra səndi üzrə yaranmış aliment borcu ödənilməmiş və borclu barəsində təkrar axtarış elan olunması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq icra olunması üçün aidiyyəti orqana göndərilmiş, borclu xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş, ona icra sənədi üzrə yaranmış aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış aliment borcunu tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borcluya xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış ounması barədə xx.xx.2024-cü il tarixli qərar icra olunmas üçün aidiyyatı orqana göndərilmiş, borclu xx.xx.2024-cü il tarixdə öbəyə təhvi verilmiş və izahatı alınaraq icra üzrə yaranmış 2550 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin borclu tləbi təmin edə bilməyəcəyini birldirmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı, heç bir yerdə işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan MN ******* saylı protokola əlavədən görünür ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat aliment tutularaq tələbkar X1 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 28 iyun 2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar