Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-277/2025 31.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 İcra sənədi üzrə tələbkar X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunun Pərvanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 31 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 11 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsi ilə sorğular edilmiş, lakin borclunun adına tələbin ynəldilə biləcəyi hər hansı daşınardaşınmaz əmlak aşkar edilməmişdir. Borclu şöbəyə çağırılsada çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Belə olan halda borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan olunmuş, icra olunması üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şöbəkyə təhvil verilmiş, aliment borcunu ödəməli olduğu ona bildirilmişdir. Bundan sonra borclu aliment borcunu ödəməmiş və müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış elan olunması barədə xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün aidiyyəti orqana göndərilmiş, borclu xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verilmiş icra sənədi üzrə aliment borcunu tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Daha sonra borclu aliment borcunu ödəməmiş və müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq edilmişdir. Borlunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq təqdimatla məhkəməyə müraciət edilmişdir. Borclunun xx.xx.2023-cü il tarixdə izahatı alınmış icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş lakin borclu tələbi tam təmin edə bilməyəcyini bildirmişdir. Daha sonra borclu barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 3(035)-366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddətdə icra səndi üzrə yaranmış aliment borcu ödənilməmiş və borclu barəsində təkrar axtarış elan olunması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq icra olunması üçün aidiyyəti orqana göndərilmiş, borclu xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş, ona icra sənədi üzrə yaranmış aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin, borclu icra sənədi üzrə yaranmış aliment borcunu tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borcluya xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış ounması barədə xx.xx.2024-cü il tarixli qərar icra olunmas üçün aidiyyatı orqana göndərilmiş, borclu xx.xx.2024-cü il tarixdə öbəyə təhvi verilmiş və izahatı alınaraq icra üzrə yaranmış 2550 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi təmin edə bilməyəcəyini bildirmişdir. Borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra yenidən borcluya xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış ounması barədə xx.xx.2024-cü il tarixli qərar icra olunmas üçün aidiyyatı orqana göndərilmiş, borclu xx.xx.2025-ci il tarixdə öbəyə təhvil verilmiş və izahatı alınaraq icra üzrə yaranmış 3000 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi təmin edə bilməyəcəyini birldirmişdir. Borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddətdə borclu barəsində təkrar axtarış ounması barədə qərar qəbul edilərək icra olunması üçün aidiyyatı orqana göndərilmiş, borclu xx.xx.2025-ci il tarixdə şöbəyə təhvil verilmiş və izahatı alınaraq icra üzrə yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi təmin edə bilməyəcəyini birldirmişdir. Ona görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək tədbir görülməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə prosesinin gedişində tərəflər razılığa gəlmiş, borclu tərəfindən aliment borcu tələbkara tam şəkildə ödənilmiş və tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı, heç bir yerdə işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməmiş, lakin, məhkəmə prosesinin gedişində tələbkarla razılığa gələrək aliment borcunu tam şəkildə ödəmiş və tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, borclu Şəxs tərəfindən yaranmış aliment borcu tam şəkildə ödənilmiş ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə Zərdab rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Odur ki, hazırki, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 3(035)-62/2025 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan tələbkar X2 tərəfindən İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizdən görünür ki, borclu tərəfindən aliment borcu tam şəkildə ödənilmiş, borcluya qarşı heç bir şikayət və tələbi yoxdur və icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasını təmin etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-277/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-277/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-277/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver