Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-278/2025 14.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 14 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X2 4-cü sinifdə oxuyan oğlu X1 nahiyyəsinə sillə vurmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərdab rayonun Məmmədqasımlı kəndində qeydiyyatda olmasına baxmayaraq azyaşlı oğlu ilə birlikdə Zərdab şəhərində kirayə mənzildə yaşayır. xx.xx.2025-ci il tarixdə oğlu Mahiri məktəbdən götürmək üçün məktəbə tərəf getdikdə küçədə oğlu ilə bir nəfər uşağın mübahisə etdiyini görüb onlara yaxınlaşmış onları aralamış uşağın üstünə qışqıraraq nə səbəbə mübahisə etdiklərini soruşmuşdur. Lakin, uşağı vurmamışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) X6 məhkəmə iclasında bildirmişdir ki, Zərdab şəhəri, Yeni yaşayış massivi ev 12-də yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2025-ci il tarixdə oğlu Hüseyn məktəbdən gələrkən küçədə Şəxs tərəfindən döyülmüşdür. Belə ki, Gülnar onun sifət nahiyyəsinə sillə ilə vurmuşdur. Hazırda Şəxs bağışlamır, cəzalanmasını istəyir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X11 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından cinayət təqibinə xitam verilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan 25 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür 16 yanvar 2025-ci il tarixli, 04 nömrəli rəyə əsasən Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər---sifətin sağ yarısında qançır---küt əşyanın(əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən küt əşya ilə vurulma nəticəsində əmələ gələ bilərdi, özü özünə yetirmə üçün xarakterik deyildir, yetirilmə müddəti 15 yanvar 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün müdafiəsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, qadın olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən tərəflərə barışmaları təklif olsa da, onlar barışmamışlar. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-278/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-278/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver