Məhkəmə qərarları › İş №3(035)-279/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-279/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-279/2025 14.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun X1 nümayəndəsi X3 İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1987-ci ildə Zərdab rayonunun Allahqulubağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Allahqulubağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 14 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, cəmi 0,75 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bundan başqa Zərdab Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-441 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 209,60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclunun yaşadığı yer məlum olmadığından xx.xx.2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədlərinin icra olunmasının zəruriliyi ona izah olunmuş, lakin, borclu icra sənədlərini icra etməkdən qərəzli şəkildə boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddət ərzində də borclu icra sənədləri üzrə tələbi təmin etməmiş, icra sənədinin icra olunması məqsədilə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara məhəl qoymamışdır. İcra sənədlərinin icrasının təmin olunması məqsədilə həyata keçirilən icra hərəkətləri zamanı, borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə barəsində təkrar axtarış qərarı qəbul olunmuş və icra olunması üçün aidiyyatı polis orqanına göndərilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə təhvil verilmiş və izahatı alınaraq icra sənədləri üzrə yaranmış borcunun ödənilməsi ondan tələb olunmuş, həmçinin məsuliyyəti ona izah olunmuşdur. Lakin, borclu tələbi təmin edə bilməyəcəyini birdirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Borclu Şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədi üzrə 1700 manat, Zərdab Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-441 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə 209,60 manat borcu mövcuddur. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı və heç bir yerdə rəsmi işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədləri üzrə borcunu tam şəkildə ödəyə bilmir, hazırda ata və anası ilə birlikdə Zərdab rayonunun, Allahqulubağı kəndində yaşayır və iş olanda Bakı şəhərində fərdi əməklə məşğul olur. Azərbaycan Respublikaı Ailə Məcəlləsinin 104.2-ci maddəsinə əsasən iş və yaşayış yerinin dəyişdirilməsi haqqında məlumatı icra məmuruna vermək vəzifəsi ona izah olunmasına baxmayaraq, bu barədə icra məmuruna məlumat verməmişdir. İcra məmurunun onu axtarmasından xəbəri olmayıb, polis əməkdaşları onun istifadəsində olan mobil telefona zəng vuraraq onu dəvət etdikdən sonra icra və probasiya şöbəsinə yaxınlaşmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədi üzrə X1 nümayəndəsi X8 məhkəmə iclasında bildirmişdir ki, hazırda borclunun 1700 manat aliment borcu yaranmışdır. Tələbkar uşaqların saxlanılmasında çətinlik çəkir. Ona görə də yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə icra məmurunun, tələbkarın nümayəndəsinin və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının cəmi 0,75 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İşdə olan Zərdab Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-441 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs cəmi 209,60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-441 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 13 may 2025-cü il tarixli, 3(035)-182/2025 saylı qərarının surətindən görünür ki, Şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı və Zərdab Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-441 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində təkrarən axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu eyni icra sənədlərinə münasibətdə icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə tərəfindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-27/2025 saylı icra sənədi üzrə tələbkarın nümayəndəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə mübahisəni (yaranmış aliment borcunun ödənilməsini) öz aralarında həll etmələri təklif olunsa da, məsələnin müsbət həllinə nail olmaq mümkün olmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmrunun qanuni tələblərini təkrarən üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 14 iyul 2025-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar