Məhkəmə qərarları › İş №3(035)-28/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-28/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-28/2023 12.01.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Gödəkqobu kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 12 yanvar 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, X2 bir ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, B899-15 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz saxlamaqla mülki silahin saxlanılması qaydasını pozmuşdur. İnzibati xəta törətmiş şəxs X2 məhkəmə iclasında bildirmişdir ki, ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, B899-15 nömrəli ov tüfəngi mərhum babasından yadigar qalmış, bu səbəbdəndə həmin silahı qeydiyyata aldırmadan saxlamışdır. Hazırda həmin silahı könüllü olaraq polisə təhvil vermişdir. Səhfini başa düşür, törətdiyi əməlindən peşimandır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X2 tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, X1 əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı X1 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. “İJ” markalı, 16 çaplı, tək lüləli, B899-15 nömrəli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar