Məhkəmə qərarları › İş №3(035)-292/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-292/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-292/2025 22.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi X2 X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: İş materiallarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsinə əsasən qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində inzibati cərimə ödənilmədiyindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək, sürücünün sürücülük hüququnun məhdudlaşdırılması məqsədi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar aşağıdakılara əsasən natamam olmuşdur. 1) Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir. Halbuki, İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilməlidir. 2) Protokol, barəsində tərtib edilmiş şəxs tərəfindən imzalanmayıb. Halbuki, İXM-in 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. 3) Protokolun baxılması üçün göndərilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati xətanın törədilməsi 29 mart 2025-ci il tarixdə aşkar olunaraq müvafiq protokolla rəsmiləşdirilsə də, baxılması üçün məhkəməyə 3 ay 5 gün sonra, yəni, 03 iyul 2025-ci il tarixli müşayiət məktubu ilə göndərilmişdir. Halbuki, İXM-in 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. 4) İnzibati xəta haqqında protokolda inzibati xətanı törədən şəxs X1 göstərilsə də, Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş çıxarışda şəxsin Şəxs kimi müəyyən edilmiş, inzibati xəta törədən şəxslə Şəxs eyni şəxs olmasına dair materiallara heç bir sənəd əlavə edilməmişdir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür və bu pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Zərdab Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar