Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-301/2024 17.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, X10 qərardan şikayət verən X11 oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidmətinin Ucar ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X4 iştirakı ilə, X1 Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi idarəsi tərəfindən qəbul olunmuş 17 aprel 2024-cü il tarixli, MN ******* saylı X10 iş üzrə qərarından verdiyi şikayətə 17 may 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi idarəsinin müdiri X3 tərəfindən (xx.xx.2024-cü il tarixli, ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-ci il tarixli, ******* saylı X10 iş üzrə qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki,sözü gedən torpaq sahəsi xx.xx.2018ci il tarixli müqavilə ilə onun icarəsinə verilmişdir.Torpaq sahəsini icarəyə götürən zaman torpaq sahəsinin örüş təyinatlı olduğunu bilməmişdir. Hansı ki,Dəliquşçu bələdiyyəsi ilə onun arasında tərtib olunan rəsmi müqavilədədə bu qeyd olunmamışdır. Buna əsasən 2019-cu ildə sözü gedən torpaq sahəsi üzərində çox illik bitki olan yonca əkmişdir. Sonradan 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək icarə müqaviləsi ilə istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir.Buna əsasəndə ona qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Çıxarışı əldə etdikdən sonra ona məlum olmuşdur ki,torpaq sahəsi örüş otlaq təyinatlıdır. Bundan sonra isə sözü gedən torpaq sahəsindən istifadəni dayandırmışdır və bu zamana kimi torpaq sahəsindən istifadə etməmişdir.Eyni zamanda qeyd etmişdir ki,ƏMDX -nin Ucar ərazi şöbəsinin əməkdaşı Kamil Həsənli onun və kənd nümayəndələrinin iştirakı və xəbəri olmadan torpaq sahəsinə baxış keçirmiş və əsassız protokol tərtib etmişdir.Protokol və qərardan yalnız onlar rəsmi ünvanına göndərildikdən sonra xəbər tutmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidmətinin Ucar ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X8 izahatında göstərmişdir ki,Zərdab rayon Dəliquşçu kənd sakinləri tərəfindən daxil olmuş müraciətə əsasən 28 mart 2024-cü il tarixdə X1 icarəsində olan Zərdab rayon Dəliquşçu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin təyinatından kənar istifadə olunması aşkar olunmuşdur.Buna əsasən tərəfindən 28 mart 2024-ci il tarixli MN № ******* saylı X10 protokol tərtib olunmuşdur.Həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin müdiri X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət verən şəxs X1 və Əmlak məsələləri dövlət xidmətinin Ucar ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X6 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı (xx.xx.2024-ci il tarixli, ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-ci il tarixli, ******* saylı X10 iş üzrə qərar ləğv olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin müdiri X3 tərəfindən (xx.xx.2024-ci il tarixli, ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-ci il tarixli, ******* saylı X10 iş üzrə qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki,xx.xx.2018-ci il tarixdə X5 ilə Zərdab rayon Dəliquşçu Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış və Zərdab rayonu Dəliquşçu kəndi ərazisində yerləşən ümumi sahəsi 4.5 ha olan torpaq sahəsi icarəyə verilmişdir Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki,X5 tərəfindən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, inzibati orqan tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq qəbul edilmiş qərar inzibati icraatı aparılan şəxsi məlumatlandırmamış onun ünvanına bu barədə heç bir bildiriş göndərməməklə protokol tərtib edilərkən şəxsin iştirakı təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən şikayət ərizəsi, tərəflərin izahatları və iş materiallarından müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin əməkdaşları tərəfindən sözü gedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin kimin tərəfindən təyinatından kənar istifadə olunması faktı sübuta yetirilməmiş və eyni zamanda torpaq sahəsi üzərində müəyyən olunmayan bitkinin əkilməsi və ya yabani şəkildə bitməsi məsələsi araşdırılmamışdır. Protokol və qərarın tərtib olunması məhs icarə müqaviləsinə istinadən həyata keçirilmişdir. Eyni zamanda məhkəmə xüsusi ilə qeyd etmək istəyir ki,protokol və qərar tərtib olunan zaman vətəndaş X2 rəsmi olaraq məlumat verilməmişdir. Hansı ki,protokol və qərarı tərtib edən şəxslərdə həmin bildirişləri məhkəməyə təqdim edə bilməmişdir. Bununlada məhkəmə hesab edir ki,maraqlı şəxsin özünü müdafiə imkanları məhdudlaşdırılmış və protokol və qərarın tərtib olunmaslndan xəbərsiz olmuşdur İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi qaydasının 9-cu maddəsinə əsasən Maraqlı şəxs cərimənin tətbiq olunacağı barədə inzibati orqan tərəfindən əvvəlcədən xəbərdar edilir. Həmin qaydanın 10-cu maddəsinə əsasən Xəbərdarlıqda inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş müddət (10 gün) və həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan cərimənin miqdarı göstərilir. Həmin qaydaların 11-ci maddəsinə əsasən Xəbərdarlıqda icra edilməli inzibati akta istinad olunmalı və cərimənin tətbiqi əsasları göstərilməlidir. Xəbərdarlıq yazılı formada tərtib edilir və maraqlı şəxsə rəsmi təqdim olunur. Bundan başqa məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 133.2.8-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 247.2ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi müəyyən edilmədiyindən, eləcə də protokol və qərar qəbul olunan zaman prosessual pozuntulara yol verildiyindən X5 barəsində İXM-nin 247.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 iş üzrə qərar ləğv edilməli, həmin X10 iş üzrə icraata xitam verilməlidir Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 iş üzrə qərarı ləğv edilsin, həmin X10 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-301/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-301/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver