Məhkəmə qərarları › İş №3(035)-302/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-302/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-302/2024 21.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs barəsində X12 Xidmətinin Bakı şəhər İdarəsindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 21 may 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X15 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X2 tərtib etdiyi MN №1932198 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, guya SƏMA-Z MMC-nin direktoru kimi o, Zərərçəkmiş şəxs2 və qeyrilərini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etmişdir. Halbu ki, "xxxx" MMC ilə 25 Oktyabr 2022-c il tarixli, 003 nömrəli podrat müqaviləsinə əsasən erməni işğalından azad olunmuş Xocalı rayon ərazisində təmir-tikinti işlərinin aparılması onun cəmiyyətinə tapşırılmışdır. Ona görə də, öz növbəsində həmin işlərin müəyyən hissəsini aparmaq üçün Subpodratçı fərdi sahibkar (VÖEN: **********) Şahid ilə 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən işlərin icrası Subpodratçı Şahid tapşırılmış, onun fərdi sahibkar kimi portal açmaq hüququ olmadığı üçün onun işçi briqadasına azad olunmuş ərazilərə giriş iznini o, özü almışdır. Bundan sonra onlar görüləcək işlərlə tanış olub göstərilən tarixdə Subpodrat müqaviləsini bağlayaraq işə başlamışlar. Müqaviləyə əsasən podratçı olaraq onların cəmiyyəti yalnız görülmüş işlərə dair subpodratçı tərəfindən tərtib edilmiş 2 nömrəli formanı qəbul etdikdən sonra subpodratçıya əməyin müqavilində pul ödənişlərini həyata keçirmək, işin keyfiyyətli və vaxtında görülməsinə nəzarət etməkdən ibarət olmuşdur. Müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 17 Aprel 2024-cü il tarixli, MN №1932198 nömrəli inzibati xəta haqqında protokolda göstərilən əmək qanunvericiliyinin pozulmasına dair podratçı kimi nə o, nə də ki, təmsil etdiyi müəssisə məsuliyyət daşımır, çünki, həmin işçilər onların deyil, subpodratçının işçiləridir. Lakin, heç bir araşdırma aparmadan, onun iştirakını təmin etmədən barəsində qanunsuz və qərəzli protokol tərtib edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, subpodratçı Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edrək Xocalı rayonu Malıbəyli kəndi ərazisində tikinti və quruculuq işlərinin icrası ilə əlaqədar olaraq Şəxs MMC ilə aralarında 20 dekabr 2023-cü il tarixli, 015/2023 saylı “Subpodrat” müqaviləsi imzalandığını, həmin müqaviləyə əsasən adlarını qeyd etdiyi: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs4 Sabir oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 onun tərəfindən işə cəlb edildiyini, qeyd olunan şəxslərin həmin əraziyə daxil ola bilməsi məqsədilə müvafiq icazənin alınması üçün tərəfindən Şəxs MMC-nin rəhbərliyinə müraciət ünvanlandığını və müvafiq sənədlər (şəxsiyyət vəsiqəsinin surəti və s.) Şəxs MMC-nin rəhbərliyinə təqdim olunduğunu, bəhz edilən işlərin icrası ilə əlqədar müqavilə öhdəliklərinə uyğun olaraq Şəxs MMC tərəfindən bütün ödənişlərin onların hesabına ödənildiyini, eyni zamanda tərəfindən işə cəlb edilmiş yuxarıda adlarını qeyd etdiyi bütün şəxslərə gördükləri işin müqabilində onun tərəfindən bütün ödənişlərin icra olunduğunu bildirmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli, MN№1932198 nömrəli inzibati xəta haqqında protokolunun ona aidiyyəti yoxdur, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs4 Sabir oğlu, Zərərçəkmiş şəxs5, X6 və Zərərçəkmiş şəxs7 şikayətləri əsasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru kimi Zərərçəkmiş şəxs2 və qeyrilərini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etmişdir. Buna görə də Şəxs barəsində X12 Xidmətinin Bakı şəhər İdarəsindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 2-dən Xocalı rayonunun Malbəyli kəndində yerləşən evlərin tikinti-təmirində işləmişlər. Onları həmin işə Yaşar və Hüseyn adlı şəxslər cəlb etmişdir. Qrup şəklində işləyərək söküntü işləri ilə məşğul olmuşlar. Lakin, onların heç birinin əmək müqaviləsi olmamışdır. Əmək müqaviləsi olmadan işləməyin məsuliyyət yaradacağını bilməmişlər. İşlədikləri müddətdə onlara Subpodratçı Şahid nəzarət etmişdir və pullarını da Şahid vermişdir. 2024-cü ilin yanvar ayının 2-də portalda icazə müddətləri bitdiyi üçün işlərini dayandırmışlar. Pulları tam verilmədiyi üçün müəyyən orqanlara şikayət etmişlər. Onların Şəxs MMC-nin direktoru X7 tabeçilikləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 2-dən Xocalı rayonunun Malbəyli kəndində yerləşən evlərin tikintitəmirində işləmişlər. Onları həmin işə Yaşar, Cümşüd və Hüseyn adlı şəxslər cəlb etmişdir. Qrup şəklində işləyərək söküntü işləri ilə məşğul olmuşlar. Lakin, onların heç birinin əmək müqaviləsi olmamışdır. Əmək müqaviləsi olmadan işləməyin məsuliyyət yaradacağını bilməmişlər. İşlədikləri müddətdə onlara Cümşüd və Hüseyn adlı şəxslər nəzarət etmişdir. 2024-cü ilin yanvar ayının 2-də portalda icazə müddətləri bitdiyi üçün işlərini dayandırmışlar. Pulları tam verilmədiyi üçün müəyyən orqanlara şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 2-dən Xocalı rayonunun Malbəyli kəndində yerləşən evlərin tikinti-təmirində işləmişlər. Onları həmin işə Yaşar, Cümşüd və Hüseyn adlı şəxslər cəlb etmişdir. Qrup şəklində işləyərək söküntü işləri ilə məşğul olmuşlar. Lakin, onların heç birinin əmək müqaviləsi olmamışdır. Əmək müqaviləsiz işləməyin məsuliyyət yaradacağını bilməmişlər. İşlədikləri müddətdə onlara Cümşüd və Hüseyn nəzarət etmişdir. Həmin müddət ərzində bir dəfə İlham Əzizovu görmüşdür. 2024-cü ilin yanvar ayının 2-də portalda icazə müddətləri bitdiyi üçün işlərini dayandırmışlar. Pulları tam verilmədiyi üçün müəyyən orqanlara şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 Sabir oğlu şahid Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, X8 Şəxs MMC-nin rəhbəri kimi iki ildir tanıyır. Xocalı rayonu Malıbəyli kəndi ərazisində tikinti və quruculuq işlərinin icrası ilə əlaqədar olaraq Şəxs MMC ilə aralarında 20 dekabr 2023cü il tarixli, 015/2023 saylı “Subpodrat” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən adları qeyd edilən: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs4 Sabir oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 onun tərəfimdən işə cəlb edilmişdir. Qeyd olunan şəxslərin həmin əraziyə daxil ola bilməsi məqsədilə müvafiq icazənin alınması üçün Şəxs MMC-nin rəhbərliyinə müraciət ünvanlamış və müvafiq sənədlər (şəxsiyyət vəsiqəsinin surəti və s.) Şəxs MMC-nin rəhbərliyinə təqdim olunmuşdur. Bəhz edilən işlərin icrası ilə əlqədar müqavilə öhdəliklərinə uyğun olaraq Şəxs MMC tərəfindən bütün ödənişlər onun hesabına ödənilmiş, eyni zamanda tərəfindən işə cəlb edilmiş yuxarıda adlarını qeyd edilən bütün şəxslərə gördükləri işin müqabilində onun tərəfindən bütün ödənişlər ödənilmişdir. Həmin işçilər 8 evin söküntüsündən sonra işləməmişlər. O, özü ustadır. Supodratçı kimi məsuliyyəti özü daşıyır. Həmin işçilərlə müqavilə bağlayacaqdı, lakin müəyyən problemlərə görə işçilərlə müqavilə bağlamamışdır. Əmək müqaviləsini işçilərlə supodraçtçı kimi özü bağlamalı idi. Şəxs MMC-nin həmin işçilərlə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında müdafiəçi X16 çıxış edərək bildirmişdir ki, müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı heç bir məsuliyyət daşımır. İnzibati xəta haqqında protokolda göstərilən əmək qanunvericiliyinin pozulmasına dair podratçı kimi nə Əzizov İlham, nə də təmsil etdiyi müəssisə məsuliyyət daşımır, çünki həmin işçilər onların deyil subpodratçının işçiləri olmuşdur ki, onlarla da müqaviləni subpodratçı bağlamalı idi. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi heç bir araşdırma aparmadan qanunsuz və qərəzli protokol tərtib etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 17 Aprel 2024-cü il tarixli, MN№1932198 nömrəli inzibati xəta haqqında protokolunun Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Ona görə də Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən Şahid hesabına xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 6961 manat, xx.xx.2024-cü il tarixdə 5299 manat, xx.xx.2024-cü il tarixdə 5004 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat pul köçürülmüşdür. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli, 015/2023 saylı “Subpodrat” müqaviləsindən görünür ki, Şəxs MMC ilə Subpodratçı fərdi sahibkar (VÖEN: **********) Şahid arasında 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlanmışdır. İşdə olan 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və qeyrilərini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etdiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından, tədqiq edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Şəxs MMC ilə "xxxx" MMC arasında 25 Oktyabr 2022-c il tarixli, 003 nömrəli podrat müqaviləsi bağlanaraq erməni işğalından azad olunmuş Xocalı rayon ərazisində təmirtikinti işlərinin aparılması Şəxs MMC-ə tapşırılmışdır. Ona görə də, Şəxs MMC öz növbəsində həmin işlərin müəyyən hissəsini aparmaq üçün Subpodratçı fərdi sahibkar (VÖEN: **********) Şahid ilə 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlamış, həmin müqaviləyə əsasən işlərin icrası Subpodratçı Şahid tapşırılmış, onun fərdi sahibkar kimi portal açmaq hüququ olmadığı üçün onun işçi briqadasına azad olunmuş ərazilərə giriş izni Şəxs MMC tərəfindən alınmışdır. Müqaviləyə əsasən podratçı olaraq həmin cəmiyyətin yalnız görülmüş işlərə dair subpodratçı tərəfindən tərtib edilmiş 2 nömrəli formanı qəbul etdikdən sonra subpodratçıya əməyin müqavilində pul ödənişlərini həyata keçirmək, işin keyfiyyətli və vaxtında görülməsinə nəzarət etməkdən ibarət olmuşdur. Müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşmüşdür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı kimi Şəxs MMC heç bir məsuliyyət daşımadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi halı müəyyən edilməmişdir. Əksinə müəyyən olunmuşdur ki, müqaviləyə əsasən həmin hal subpodratçı kimi Şahid üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Yuxarıda müəyyən olunduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, SƏMA-Z MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.1, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-302/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar