Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-302/2025 30.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına 30 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Zərdab rayonu, Xanməmmədli kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 8081,36 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bank hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, hazırki dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli **********0150 nömrəli gömrük bəyənnaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4811,00 manat (2830,00 ABŞ dolları) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankda olan hesablarına köçürülməmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən hüquqi şəxsin nümayəndəsi X3 izahatı alınmış, o, izahatında 2024-cü ilin oktyabr ayında Şəxs MMC “Grand Treyd” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən 1 gömrük bəyannaməsi üzrə ümumi dəyəri 20000,00 ABŞ dolları (34000 manat) dəyərində xurma məhsullarının ixrac edildiyini bildirmişdir. Həmin bəyannamə üzrə MMC-nin müvəkkil edilmiş bank hesabına 2830 ABŞ dolları (4811 manat) vəsait daxil olmamışdır. Buna səbəb isə “Grand Treyd” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən invoys dəyərinin 5 faizinin qarşı tərəf tərəfindən tutulması göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs qanuni təmsilçisi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təmsil etdiyi MMC 22 aprel 2024-cü il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamış və meyvə-tərəvəz məhsullarının ixracı ilə məşğuldur. Şəxs ilə “Grand Treyd” şirkəti arasında bağlanılmış müqavilə əsasında Rusiya Federasiyasına meyvə məhsulları ixrac etmişlər. xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsi ilə rəsmiləşdirilərək “Grand Treyd” şirkətinə xurma məhsulunu satmaq məqsədilə Rusiya Federasiyasına ixrac etmişdir. Lakin, “Grand Treyd” şirkəti tərəfindən məhsulda yararsızlıq (çəkisində qurumalar və xarab olmalar və.s) olduğu üçün invoys dəyərinin 5 faizi miqdarında cərimə tətbiq edilmiş və nəticədə 2830 ABŞ dolları (4811 manat) məbləğində vəsait Şəxs MMC-nin müvəkkil bank hesabına daxil olmamışdır. Hesab edir ki, müfaviq xarici valyuta vəsaitinin müvəkkil bank hesabına qaytarılmamasına görə Şəxs MMC təqsirli deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********0150 nömrəli gömrük bəyannaməsinin surətindən məlum olur ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva şəhərində yerləşən “Grand Treyd” şirkətinə çəkisi 17000,00 kq, ümumi dəyəri 20000,00 ABŞ dolları (34000 manat) olan xurma məhsulu ixrac edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 01400183 nömrəli bildirişdən məlum olur ki, Şəxs **********0150, **********1540 sorğu nömrəli gömrük bəyyannamələri üzrə ixrac olunmuş malların müqabilində 8081,36 AZN ekvivalentində olan vəsaitin bankda olan hesabına köçürülməsinə 30 (otuz) gün qalması barədə xəbərdar olunmuşdur. “Poçt göndərişinin verilməsi haqqında” xx.xx.2025-ci il tarixli xəbərnaməyə əsasən Şəxs MMC tərəfindən həmin bildirişin qəbul edildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Müvafiq fərmanda hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməsi onların vəzifəsi olaraq göstərilmişdir. Halbuki, Şəxsnə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixli 01400183 nömrəli bildiriş ünvanlanaraq ixrac edilən malların müqabilində vəsaitlərin müvəkkil bankda olan hesaba köçürülməsinin təmin olunması barədə məlumat verilməsinə, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs tərəfindən hərəkətsizlik edilərək xx.xx.2024-cü il tarixli **********0150 nömrəli gömrük bəyənnaməsi əsasında ixrac edilən malların müqabilində ödənilməli olan 2830 ABŞ dolları (4811 manat) məbləğində vəsaitin qaytarılması üçün heç bir səy göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 483-cü maddəsinin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı Şəxs ixrac etdiyi malın dəyərinin 2830 ABŞ dolları (4811 manat) hissəsinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi, bununla da Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin-2830 ABŞ dollarının (4811 manat) 30 faizi məbləğində, yəni 849 ABŞ dolları (1443,3 manat) məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №3(035)-302/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-302/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver