Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-304/2025 21.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Zərdab rayonunun Dəkkəoba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Dəkkəoba kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 21 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş 18 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs təxminən 2 ay əvvəl Yasamal rayonunda yaşayış binasının yanından tapdığı 01 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı siqaret kağızına dolduraraq çəkmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonunun Dəkkəoba kəndində yaşayır. Təxminən iki ay əvvəl işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və Yasamal rayonu ərazisində yol ilə gedərkən yerdə olan kağız bükümü diqqətini cəlb etdiyi üçün onu götürmüş və içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin vaxt heç kimin onu görmədiyini bilib həmin kağız bükümdə olan marixuananı cibinə qoymuşdur. Sonra həmin marixuananı siqaret kağızına büküb binaların arasında çəkmişdir. 18 iyul 2025-ci il tarixdə Zərdab şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitədən istifadə edib-etməməsi barədə narkoloji müayinədən çeçirilməsi üçün Mingəçevir şəhərinə aparmışlar. Keçirilən həkim müayinə zamanı ondan götürülən sidik analizində narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Hazırda səhfini başa düşür, törətdiyi əməlindən peşimandır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18 iyul 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. İşdə olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs narkotik vasitədən istifadə etmə faktı aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs törətdiyi inzibati xətalara görə 18 iyul 2025-ci il tarixdə saat 13:00-da tutularaq, 19 iyul 2025-ci il tarixdə saat 10:50-də buraxılmışdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək X3 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 300 (üç yüz ) manat cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-304/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-304/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver