Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-305/2024 24.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala 24 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 06 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı-xx.xx.2020-ci il təvəllüdlü X7 il hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək gecəni qalmamaq şərti ilə ünsiyyətdə olmaq hüququ təmin edilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə borcluya xəbərdarlıq göndərilmişdir. Sonrakı müddətdə İcra və Probasiya Şöbəsində dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə uşaqla görüş təyin edilmiş lakin uşağın səhhəti ilə əlaqədar uşaqla görüş tərəflərin razılığına əsasən 3 gün müddətinə təxirə salınmışdır. Daha sonra borclu şəxs uşaqla atanın görüşünü könüllü müddətdə təmin etmədiyi üçün hər dəfə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İcra və Probasiya Şöbəsində görüş təyin edilmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli görüşdə borclu şəxs uşağı götürərək görüş yerini tərk etmiş, bütün təkidlərə baxmayaraq geri qayıtmamışdr. Sonrakı müddətdə xx.xx.2024-cü il tarixdə şöbədə görüş təyin edilmiş, bununla bağlı borcluya xx.xx.2024-cü il tarixdə teleqram göndərilmiş, həmin teleqramı borclu xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq təyinat üzrə şöbəyə gəlməmişdir. Bu barədə də heç bir üzürlü səbəb bildirməmişdir. Beləliklə borclu dövlətin adından məhkəmə qərarını qərəzli şəkildə icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Həmçinin uşaqla ünsiyyətə süni şəkildə məneə olaraq çətinlik yaradır. Tələbkar isə öz növbəsində icra sənədinin icra olunmasını təkidlə tələb edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda Zərdab rayonu Çallı kəndində ata evində yaşayır. Bu günə qədər qızı X3 atası ilə ünsiyyətində yaranan çətinlik onun atası Zərərçəkmiş şəxs ilə görüşmək istəməməsi olmuşdur. O, Elayın atası ilə görüşməsi üçün bilərəkdən heç bir maneəçilik yaratmır və bundan sonra hər həftənin 3-cü (çərşənbə) günü olmaqla qızı Elay Vahidlinin atası Zərərçəkmiş şəxs ilə icra sənədi üzrə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Bununla əlaqədar olaraq xx.xx.2024-cü i tarixli ərizəsini məhkəməyə təqdim edir. Ona görə də onun barəsində məhkəmənin icraatında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən qızı Elay Vahidli ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək gecəni qalmamaq şərti ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. Ancaq buna baxmayaraq müntəzəm olaraq bu günə qədər qızı ilə ünsiyyətdə ola bilməmişdir. Qızının aliment ödənişini bacardığı qədər çalışır ki, vaxtlı vaxtında ödəsin və ödəyirdə. Belə olan halda düşünür ki, qızı ilə ünsiyyətdə olmasıda təmin olunmalıdır. Bu günə qədər qızı ilə ünsiyyətdə olmasında müəyyən çətinliklər yaransada hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər həftənin çərşənbə günü onun qızı ilə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Ona görə də ondan heç bir şikayəti yoxdur, cəzalanmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilən psixoloq X2 izahatında bildirmişdir ki, X5 fərdi olaraq danışdıra bilməmiş, onun üçün məcbur qalıb anası Şəxs ilə birlikdə danışdırmışdır. Fərdi qaydada danışdıra bilməməsinə səbəb olaraq onun yaşının az olmasıdır. Belə ki, yaşının az olması ilə əlaqədar olaraq özünü düzgün qaydada ifadə edə bilmir. O, Elaya “ata ilə görüş, ata sən’ hər şey alacaq, səni hər yerə gəzməyə aparacaq” dedikdə Elay ona “istəmirəm məmin babam var o mənim üçün hər şey edir” deyə cavab vermişdir. Elayın daha çox anasını istədiyini və ondan ayrılmaqdan qorxduğunu müşahidə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs Şrafəddin oğlu ilə razılaşmış hər həftənin çərşənbə günü olmaqla icra sənədi üzrə tələbi təmin edəcəyi barədə xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmiş və tələbkar Zərərçəkmiş şəxs də izahatnda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzalanmasını istəmədiyini bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-305/2024 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-305/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-305/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver