Məhkəmə qərarları › İş №3(035)-306/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-306/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-306/2024 12.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşqul olan (Proqram təminatının işlənməsi), ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 12 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 08 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-353/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat pulun alınaraq X1 ödənilməsi qət olunmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-479/2021 saylı, xx.xx.2021-ci il tarixli digər icra sənədinə əsasən 1534 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı cavabdeh onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Bundan sonra icra məmuru tərəfindən borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icrası üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu barəsində axtarış işi açılmış və görülmüş tədbirlər nəticəsində borclu xx.xx.2022-ci il tarixdə rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borcluya hüquq və vəzifələri, məhkəmə qətnaməsinin icra olunmasının məcburiliyi izah olunsada o, müxtəlif bəhanələr gəktirərək icra sənədlərinin icrasından bu günə qədər boyun qaçırmışdır. Borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuş, məhkəmənin qərarına əsasən Şəxs inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu çağırışlara gəlməmiş və tələbi təmin etməmişdir. Nəticədə borclu barəsində yenidən ikinci dəfə axtarış qərarı verilmişdir. Hər dəfə borcluya hüquqları və vəzifələri izah olunsada o, çağırışlara gəlməmiş və tələbi təmin etməmişdir. Sonuncu dəfə onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış verilmiş və axtarışın nəticəsində xx.xx.2024-cü il tarixdə polis əməkdaları tərəfindən borclu rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borcluya eyni qaydada hüquqları və vəzifələri izah olunmuş, məhkəmə qərarının icrasının məcburiliyi onun diqqətinə çatdırılsada o, icra sənədləri üzrə yaranan öhdəliklərini icra etməkdən bir mənalı olaraq boyun qaçırdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2(035)-353/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(035)-479/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən borcunu bu günə qədər maddi vəziyyətinin çətin olması və qeyri rəsmi olan digər borclarını ödədiyi üçün qeyd olunan icra sənədləri üzrə borcunu bu günə qədər ödəyə bilməmişdir. İcra məmurunun onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokola əsasən təyin olunmuş məhkəmə proseslərinin keçirildiyi vaxt ərzində icra sənədləri üzrə olan ümumi borcundan 2150 manat pul vəsaitini tələbkar X1 ödəmişdir, qısa vaxt ərzindədə ödənişlərinin geri qalan hissəsini ödəyəcəyini bildirmişdir. Buna görədə barəsində olan iş üzrə icraata xitam veriməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunmuş ödəni qəbzlərindən görünür ki, məhkəmə proseslərinin keçirildiyi müddətdə o, ümumilikdə 2150 manat pul vəsaitini tələbkar X1 ödəmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Şəxs icra vərəqələrinin icrasından imtina etmir, o, məhkəmə prosesinin gedişində borcundan 2150 manat pul ödəmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqələri üzrə olan borcunun ödənişlərindən qərəzli olaraq yayınmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-306/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar