Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-308/2025 28.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul xalid oğlunun katibliyi ilə İcra sənədi üzrə tələbkar X3 Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdurrəhim qızının iştirakı ilə, xx.xx.1991-ci ildə Zərdab rayonunun Şahhüseyinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Şahhüseyinli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Abdurrəhim qızı barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 28 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Abdurrəhim qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-259/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 0.75 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş, izahatı alınaraq bir daha yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, lakin, borcu icra sənədi üzrə tələbi icra etməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Əvvələr uşaq anada qalarkən hazırkı tələbkarın 4000 manat Şəxs aliment borcu olmuşdur. Ona görə də hazırkı borclu onu əsas gətirərək aliment borcunu ödəmir. Ona görə də Şəxs Abdurrəhim qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmiş və protokolun təmin edilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X10 məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-259/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 0.75 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Əvvəllər uşaq anada qalarkən onun Şəxs 4000 manat aliment borcu qalmış, lakin, aralarında razılaşma olaraq Şəxs həmin məbləğdən imtina etmiş, lakin, bunu rəsmiləşdirməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdurrəhim qızı məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, hazırda əvvəlki icra sənədinə əsasən Etibar Qədimovun ona 4000 manat borcu vardır. Aralarında heç bir razılaşma olmamışdır. X12 4000 manat borcunu ödəsə, o, da onun 1500 manatını ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Abdurrəhim qızı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-259/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 0.75 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-259/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan 2(035)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 3(035)-41/2023 saylı qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, X3 əvvəlki icra vərəqəsinə əsasən hazırkı borcluya 4000 manat borcu vardır və borcunu ödəmədiyinə görə məhkəmənin qərarı ilə inzibati həbs edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-308/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-308/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-308/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver