Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-309/2024 10.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Zərdab rayonu, Burunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 10 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polsi sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Zərdab rayonu Burunlu kəndi ərazisində yerləşən axmazda torla balıq ovlamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə daimi işləməyərək mövsümü olan işlərdə fəhlə kimi işləyir. Mövsümü iş olmadıqda isə ailə üzvlərini dolandırmaq üçün kənd ərazisindəki qurunt sularından əmələ gələn ümumi istifadədə olan torpaq sahəsindəki “Axmaz” adlanan su hövzəsinə tor qurub balıq ovlayır. Tutduğu balığın kilosunu 3-4 manata satıb ailəsini dolandırır. 25 aprel 2024-cü il tarixdə səhər saat 07 radələrində bir gün öncədən həmin “Axmaz” adlanan su hövzəsinə qurduğu sintetik tora balıq düşməsini yoxlamaq üçün özünə məxsus kiçik taxtadan düzəlmiş gəmi ilə qurduğu toru sudan qaldırıb baxdıqda ümumilikdə 11 ədəd karp, sazan və durna balığının tora düşdüyünü görüb balıqları həmin sintetik tordan çıxarıb sellofan torbaya yığaraq, kəndin giriş hissəsindəki asfalt yola tutduğu həmin balıqları çıxarıb satmaq istədikdə saat təxminən 07:30 radələrində kəndarası tohrpaq yolda polis əməkdaşları onu saxlamış, ona həmin balığı qanunsuz ovladığını, onarla rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, isə cavabında maddi vəziyyətinin çətin olduğunu, ailəsini dolandırmaq üçün bu yolla balıq ovladığını bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin İTBnin polis sah rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin İTB-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.1 ci maddəsinə görə balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşimanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Beləlikli, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-309/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-309/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver