Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-312/2024 07.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Zərdab rayonu Burunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonu, Burunlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 07 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 14 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı cavabdeh onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Bundan sonra borclu rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq bildiriş ona şəxsən təqdim edilmiş, izahatı alınmış və aliment pulunu ödəməli olduğu bildirilmişdir. O, isə öz növbəsində borcunun yarısını ödəmiş, geri qalan məbləğin ödənilməsi üçün ona vaxt verilsədə o, tələbi təmin etməmişdir. Daha sonra borclu bir neçə dəfə icra şöbəsinə çağırılaraq borcu ödəməsi bildirilsədə, izahatı alınaraq vaxt verilsədə tələbi tam həcimdə təmin etməmiş daha sonra icra məmurunun çağırışlarına gəlməmişdir. Bundan sonra borclu barəsində axtarış qərarı qəbul edilərək icrası üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarxdə borclu rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borcluya hüququları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığı və icrasının hərkəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq o, müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmiş, məhkəmə qərarının icrasından yayınmağa çalışmışdır. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2(035)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcunu maddi vəziyyətinin çətin olması ilə əlaqədar olaraq bu günə qədər ödəyə bilməmiş ancaq halhazırda borcunun ödənilməmiş qalan 640 manat hissəsi onun tərəfindən tam ödənilmişdir. Buna görədə barəsində olan iş üzrə icraata xitam veriməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, məhkəmə proseslərinin keçirildiyi müddətdə o, yaranmış aliment borcunun ödənilməmiş qalan 640 manat hissəsini tələbkar X2 ödəmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Şəxs icra vərəqəsinin icrasından imtina etmir, o, məhkəmə prosesinin gedişində ödənilməli olan 640 manat borcunu tam olaraq ödəmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsi üzrə olan borcunun ödənişlərindən qərəzli olaraq yayınmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-312/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-312/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-312/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver