Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-331/2024 05.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X17 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X20 və onun müdafiəçi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli, MN1612798 nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə 05 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən qəbul edilmiş 30 Aprel 2024-cü il tarixli, MN1612798 saylı qərara əsasən "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə olunması qərara alınmışdır. "xxxx" MMC-nin direktoru X20 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən onun haqqında qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X20 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli MN1612798 nömrəli nzibati tənbehvermə haqqında qərarı ilə SƏMA-Z MMC-nin direktoru kimi onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat cərimə etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, X10 və qeyrilərini SƏMA-Z MMC-nin direktoru kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin Dekabrından 2024-cü ilin Yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli MN1612798 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Halbu ki, "xxxx" MMC ilə 25 Oktyabr 2022-c il tarixli, 003 nömrəli podrat müqaviləsinə əsasən erməni işğalından azad olunmuş Xocalı rayon ərazisində təmir-tikinti işlərinin aparılması onun cəmiyyətinə tapşırılmışdır. Ona görə də, öz növbəsində həmin işlərin müəyyən hissəsini aparmaq üçün Subpodratçı fərdi sahibkar (VÖEN: **********) X6 ilə 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən işlərin icrası X1 tapşırılmış, onun fərdi sahibkar kimi portal açmaq hüququ olmadığı üçün onun işçi briqadasına azad olunmuş ərazilərə giriş iznini o, özü almışdır. Bundan sonra onlar görüləcək işlərlə tanış olub göstərilən tarixdə Subpodrat müqaviləsini bağlayaraq işə başlamışlar. Müqaviləyə əsasən podratçı olaraq onların cəmiyyəti yalnız görülmüş işlərə dair subpodratçı tərəfindən tərtib edilmiş 2 nömrəli formanı qəbul etdikdən sonra subpodratçıya əməyin müqavilində pul ödənişlərini həyata keçirmək, işin keyfiyyətli və vaxtında görülməsinə nəzarət etməkdən ibarət olmuşdur. Müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 17 Aprel 2024-cü il tarixli, MN №1932198 nömrəli inzibati xəta haqqında protokolda göstərilən əmək qanunvericiliyinin pozulmasına dair podratçı kimi nə o, nə də ki, təmsil etdiyi müəssisə məsuliyyət daşımır, çünki, həmin işçilər onların deyil, subpodratçının işçiləridir. Lakin, heç bir araşdırma aparmadan, onun iştirakını təmin etmədən barəsində qanunsuz və qərəzli protokol tərtib edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, subpodratçı X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edrək Xocalı rayonu Malıbəyli kəndi ərazisində tikinti və quruculuq işlərinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC ilə aralarında 20 dekabr 2023-cü il tarixli, 015/2023 saylı “Subpodrat” müqaviləsi imzalandığını, həmin müqaviləyə əsasən adlarını qeyd etdiyi: X22, X11, X14, X23, X4, X15 və X24 onun tərəfindən işə cəlb edildiyini, qeyd olunan şəxslərin həmin əraziyə daxil ola bilməsi məqsədilə müvafiq icazənin alınması üçün tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə müraciət ünvanlandığını və müvafiq sənədlər (şəxsiyyət vəsiqəsinin surəti və s.) "xxxx" MMC-nin rəhbərliyinə təqdim olunduğunu, bəhz edilən işlərin icrası ilə əlqədar müqavilə öhdəliklərinə uyğun olaraq "xxxx" MMC tərəfindən bütün ödənişlərin onların hesabına ödənildiyini, eyni zamanda tərəfindən işə cəlb edilmiş yuxarıda adlarını qeyd etdiyi bütün şəxslərə gördükləri işin müqabilində onun tərəfindən bütün ödənişlərin icra olunduğunu bildirmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli, MN№1932198 nömrəli inzibati xəta haqqında protokolu Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xitam olunmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)- 302/2024 saylı işin icraatına xitam verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli, MN1612798 nömrəli inzibati tənbehvermə haqqında qərarının ona aidiyyəti yoxdur, ona görə də qərar ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X16 izahatında göstərmişdir ki, X22, X11, X14, X23, X4, X12 və X13 şikayətləri əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru kimi X11 və qeyrilərini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli MN1612798 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək bildirmişdir ki, müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı heç bir məsuliyyət daşımır. İnzibati xəta haqqında protokolda göstərilən əmək qanunvericiliyinin pozulmasına dair podratçı kimi nə Əzizov İlham, nə də təmsil etdiyi müəssisə məsuliyyət daşımır, çünki həmin işçilər onların deyil subpodratçının işçiləri olmuşdur ki, onlarla da müqaviləni subpodratçı bağlamalı idi. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi heç bir araşdırma aparmadan qanunsuz və qərəzli protokol tərtib etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun 30 Aprel 2024-cü il tarixli, MN1612798 nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən X2 hesabına xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 6961 manat, xx.xx.2024-cü il tarixdə 5299 manat, xx.xx.2024-cü il tarixdə 5004 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat pul köçürülmüşdür. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli, 015/2023 saylı “Subpodrat” müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Subpodratçı fərdi sahibkar (VÖEN: **********) X6 arasında 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlanmışdır. İşdə olan 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11 və qeyrilərini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək işlərin (xidmətlərin) yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)-302/2024 saylı qərarının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-302/2024 saylı işin icraatına xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, şikayətçinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X18 Xidmətinin nümayəndəsinin izahatlarına, tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 25 Oktyabr 2022-c il tarixli, 003 nömrəli podrat müqaviləsi bağlanaraq erməni işğalından azad olunmuş Xocalı rayon ərazisində təmir-tikinti işlərinin aparılması "xxxx" MMC-ə tapşırılmışdır. Ona görə də, "xxxx" MMC öz növbəsində həmin işlərin müəyyən hissəsini aparmaq üçün Subpodratçı fərdi sahibkar (VÖEN: **********) X6 ilə 20 Dekabr 2023-cü il tarixli, 015/2023 nömrəli müqavilə bağlamış, həmin müqaviləyə əsasən işlərin icrası X1 tapşırılmış, onun fərdi sahibkar kimi portal açmaq hüququ olmadığı üçün onun işçi briqadasına azad olunmuş ərazilərə giriş izni "xxxx" MMC tərəfindən alınmışdır. Müqaviləyə əsasən podratçı olaraq həmin cəmiyyətin yalnız görülmüş işlərə dair subpodratçı tərəfindən tərtib edilmiş 2 nömrəli formanı qəbul etdikdən sonra subpodratçıya əməyin müqavilində pul ödənişlərini həyata keçirmək, işin keyfiyyətli və vaxtında görülməsinə nəzarət etməkdən ibarət olmuşdur. Müqaviləyə əsasən Əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərini təmin etmək vəzifəsi subpodratçının üzərinə düşmüşdür. Subpodratçının işlətdiyi şəxslərin əmək qanunvericiliyinə aid hüquqlarına və vəzifələrinə nəzarət edilməsinə görə podratçı kimi "xxxx" MMC heç bir məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə "xxxx" MMC-nin direktoru X8 əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən qəbul edilmiş 30 Aprel 2024-cü il tarixli, MN1612798 saylı qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən qəbul edilmiş 30 Aprel 2024-cü il tarixli, MN1612798 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-331/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-331/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver