Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-335/2025 12.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Hüseyinzadə Natiq Hüseyin oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlilliyi olan, Zərdab rayonu Məlikli kəndində qeydiyyatda olmaqla Burunlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 12 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:10 radələrində ünvan 1 ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:52-də Zərdab Rayon Polis Şöbəsinə DİN-in 102 xidmət mərkəzindən məlumat daxil olur ki, naməlum şəxs zəng vuraraq daxili işlər orqanının, xüsusilə də Zərdab RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, 102 xidmətinə zəng vuran şəxs Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Burunlu kəndində yaşayan Şəxs Əlisahib oğludur. Daha sonra axtarış tədbirləri həyata keçirilərək şəxsin yeri müəyyən olunmuş və polis əməkdaşları Zərdab rayonunun Burunlu kəndinə gedərək Şəxs 102 xidmətinə nə üçün zəng vurması, şikayətinin nədən ibarət olmasının aydınlaşdırılması məqsədilə polis şöbəsinə dəvət etmişlər. Lakin, o ünvansız nalayiq ifadələr işlərək səs-küy salıb onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat verilmiş və şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, Zərdab rayonunun Məlikli kəndində yaşayır, İİ qrup əlildir. Ağ ciyər xəstəliyindən əziyət çəkir. Həmkəndlisi Habil barəsində etdiyi şikayətinin nəticəsini öyrənmək üçün DİN-in 102 xidmət mərkəzinə zəng etmiş və əsəbləşərək ünvansız söyüşlər söymüşdür. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək izahat verməsi üçün Zərdab rayon Polis Şöbəsinə dəvət etdikdə, o, izahatının evində alınmasını bildirərək Polis Şöbəsinə getməkdən imtina etmiş, ağrılar səbəbindən əsəbləşərək ucadan nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Lakin, buna baxmayaraq onu Polis Şöbəsinə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman efir vasitəsilə məlumat verilərək xx.xx.2025-ci il tarixdə saat 15:52-də Şəxs DİN-in 102 xidmət mərkəzinə zəng vurub özünü təqdim etməyərək daxili işlər orqanının, xüsusilə də Zərdab RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi bildirilmişdir. Həmin şəxsin Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Burunlu kəndində yaşayan Şəxs Əlisahib oğlu olduğu məlum olmuş və izahatının alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirilməsi tapşırılmışdır. Şəxsin yaşayış yeri müəyyən olunduqdan sonra polis əməkdaşları, Nihad Məmmədov, Anar Məmmədzadə və Vəliş Kərimli ilə birlikdə Zərdab rayonunun Burunlu kəndinə gedərək Şəxs özlərini təqdim etmiş və 102 xidmətinə nə üçün zəng vurması, şikayətinin nədən ibarət olmasının aydınlaşdırılması məqsədilə polis şöbəsinə dəvət etmişlər. Lakin, o ünvansız nalayiq ifadələr işlərək səs-küy salıb onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri X7, Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri X5 və Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri X8 şahid X2 izahatına uyğun, oxşar məzmunlu izahatlar verərək göstərilən xüsusatları bir daha təsdiq etdilər. İşdə materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:52-də özünü təqdim etməyərək DİN 102 Xidməti Zəng Mərkəzi Sisteminə müraciət edərək Azərbaycan Respublikası DİO əməkdaşlarını, xüsusən də Zərdab RPŞ-nin əməkdaşlarını söyüb təhqir etmiş, müraciətin araşdırılması məqsədilə Şəxs yaşadığı Zərdab rayonu Burunlu kəndinə gedərək polis şöbəsinə dəvət edilərkən o, uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşları ilə mübahisə etməklə xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahatından görünür ki, o, əsəbi olduğu üçün DİN-in 102 xidmət mərkəzinə zəng vuraraq daxili işlər orqanının, xüsusilə də Zərdab RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 21:10 radələrində ünvan 4 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası 30-cu maddəsinə əsasəni nzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, İİ qrup əlilliyi olan şəxs olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV
Məhkəmə qərarları › İş №3(035)-335/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-335/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver