Məhkəmə qərarları › İş №3(035)-336/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-336/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-336/2023 21.06.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim X1 oğlu sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokola və əlavə edilmiş materiala Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyitərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da Zərdab rayonunun dördyol ərazisində Şəxs idarə etdiyi Ford tranzit yük markalı **-OU-*** X3 yük avtomobili ilə tələb olunan sənədləri təqdim etmmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, inzibati xəta hadisəsi Zərdab rayonunda baş versədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şamaxı rayonun Bağırlı kəndində yaşayır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə işin aidiyyatı üzrə göndərilməsi üçün vəsatət verdiyindən məhkəmə hesab edir ki, işin aidiyyatı üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar