Məhkəmə qərarları › İş №3(035)-337/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-337/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-337/2025 13.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs X6 iştirakı ilə, xx.xx.2004-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 9, mənzil 9-da qeydiyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 13 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə saat 21:15 radələrində Zərdab şəhəri, 20 Yanvar küçəsində səs-küy salaraq ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin PPXB-nin taqım komandiri Fuad Nəcəfli, Zərdab rayon Polis Şöbəsinin PPXB-nin digər əməkdaşları Nihad Məmmədov, Ramin İsmayılov və Vəliş Kərimli ilə birlikdə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə baş vermiş dava-dalaşla bağlı Zərdab RPŞ-nin İstintaq Qrupunda araşdırılan material ilə əlaqədar X7 Zərdab şəhəri, 20 Yanvar küçəsində yaxınlaşaraq özlərini təqdim etdikdən sonra izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə dəvət etdikdə, həmin şəxs uca səslə səs-küy salaraq onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlər etmiş, onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də onu məcburi şəkildə avtomobilə əyləşdirərək Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqənda iş üzrə icraata aparılan şəxs X11 özünü İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Zərdab şəhəri, 20 Yanvar küçəsində olarkən Zərdab RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq xx.xx.2025-ci il tarixdə Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə baş vermiş dava-dalaşla bağlı izahatı alınması üçün Polis Şöbəsinə dəvət etdikdə o, əsəbi olduğundan polis əməkdaşları ilə Polis Şöbəsinə getmək istəməmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də əsəbi olduğundan ünvansız söyüşlər söymüş, onların qanuni tələblərinə tabe olmamış və Polis Şöbəsinə getməkdən imtina etmişdir. Lakin, buna baxmayaraq polis əməkdaşları onu Zərdab RPŞ-yə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri X4 izahatında bildirmişdir ki, Zərdab rayon Polis Şöbəsinin PPXB-nin digər əməkdaşları Nihad Məmmədov, Ramin İsmayılov və Vəliş Kərimli ilə birlikdə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə baş vermiş dava-dalaşla bağlı Zərdab RPŞ-nin İstintaq Qrupunda araşdırılan material ilə əlaqədar X7 Zərdab şəhəri, 20 Yanvar küçəsində yaxınlaşaraq özlərini təqdim etdikdən sonra izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə dəvət etdikdə, həmin şəxs uca səslə səs-küy salaraq onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlər etmiş, onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də onu məcburi şəkildə avtomobilə əyləşdirərək Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfərləri X8, X5 və X9 şahid X2 izahatına uyğun izahat vermişdir. İşdə olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə saat 21:15-də ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X11 xx.xx.2025-cü il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, X6 üzərində qanunla qadağan edilmiş hərhansı əşya və ya predmet aşkarlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, X11 xx.xx.2025-ci il tarixdə saat 21:15-də ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X7 istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə X6 inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə X6 şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : İnzibati xəta törətmiş X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli şəxsin tutulduğu vaxtdan, 12 avqust 2025-ci il tarixdən saat 22:10dan hesablansın. Qərarın icrası Zərdab Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar