Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-348/2023 02.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X10 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 19, mənzil 8-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 02 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X11 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X11 izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X2 yetkinlik yaşına çatmayan uşaqları-14 sentyabr 2009-cu il tarixdə doğulmuş X4 və 16 dekabr 2012-ci il tarixdə doğulmuş X5 ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclular tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Borclu icra şöbəsinə dəvət edilsə də, çağırışlara məhəl qoymayaraq icra sənədi üzrə tələbi icra etməyəcəyini bildirmişdir. Bu səbəbdən icra sənədinin məcburi qaydada təmin edilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin, borclu şəxslər icra sənədində qeyd edilən mənzildə olmalarına baxmayaraq mənzilin qapısını açmayaraq icra sənədinin icrasına mane olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişlər. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədini əsaslı hesab etmədiyindən icrasını təmin etmir. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X2 izahatında bildirmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən onun yetkinlik yaşına çatmayan uşaqları-14 sentyabr 2009-cu il tarixdə doğulmuş X4 və 16 dekabr 2012-ci il tarixdə doğulmuş X5 ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Lakin, borclular tərəfindən icra sənədi icra edilmir. Himayəsində iki yetkinlik yaşına çatmayan qız evladları vardır. İcra sənədində göstərilən mənzilə çökmək məcburiyyətindədir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 yetkinlik yaşına çatmayan uşaqları-14 sentyabr 2009-cu il tarixdə doğulmuş X4 və 16 dekabr 2012-ci il tarixdə doğulmuş X5 ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyev, Zərdab RPŞ-nin polis nəfərləri Rəşid Tağıyev, Eşqin Abbasov, Rauf Fəxrəddinli, hal şahidləri X8, X6, Zərdab RMX-nın təcili yardım şöbəsinin tibb bacısı X12, Zərdab rayon MİS-nin rəisi X13 və tələbkar X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra yerinə gedilmiş, lakin, borclular icra sənədində qeyd edilən mənzildə olmalarına baxmayaraq mənzilin qapısını açmayaraq icra sənədinin icrasına mane olaraq icra məmurunun qanuni tələblərinə tabe olmamışlar. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Ucar Rayon Məhkəməsinin 2(063)- 305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, X3 Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən saat 14:15-dənn hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-348/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-348/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver