Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-349/2024 16.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Baxşəli oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Alıyev Camal Veysil oğlunun, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Zərdab rayonunun Bıçaqçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 16 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X5 izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu İcra sənədinə əsasən tələbkar X4 və borclu Şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilmişdir:
1. Borclu Şəxs öhdəsinə götürür ki, tələbkar Sənan Zayidlinin iddiadan imtina etməsi müqabilində 3000 manat borcunu 01 aprel 2024-cü il tarixədək iddiaçı S.Zayidliyə tam ödəməlidir.
2. Borclu Şəxs tərəfindən tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə nisyə satılmış məhsullar üzrə borcun borclularından yığılmasına tələbkar Sənan Zayidli tərəfindən imkanları daxilində dəstək olunmalı və köməklik göstərilməlidir.
3. 01 aprel 2024-cü il tarixədək borcun tam ödənilməyəcəyi təqdirdə borcun ödənilməsi üçün tərəflər bu müddəti ən azı 1 ay uzada bilərlər.
4. Tərəflər barışıq sazişinin bütün şərtləri ilə razılaşmışlar və tələbkar qeyd edilən şərtlər əsasında iddiasından imtina etmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu ilə telefon vasitəsilə əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuş və xx.xx.2024-cü il tarixdə izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilsə də borclu tələbkarın köməyi olmasa tələbi təmin etməyəcəyini qeyd etmişdir. Borclu tələbkarla danışması üçün 1 (bir) gün vaxt istəmişdir, xx.xx.2024-cü il tarixdə şöbəyə yaxınlaşaraq tələbkarla razılaşa bilmədiyini bildirmişdir. Təkrar borcluya icra sənədi üzrə tələbi təmin etməsi bildirilmiş, lakin borclu tələbi təmin etməyəcəyini qeyd etmişdir. Sonrakı müddətdə borclu sözügedən icra sənədləri üzrə tələbİ tam şəkildə təmin etməmiş və xx.xx.2024-cü il tarixdə təkrar şöbəyə dəvət olunaraq icra sənədləri üzrə tələbi təmin etməsi bir daha nəzərinə çatdırılmışdır. Lakin borclu icra sənədi üzrə tələbi ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X4 və borclu Şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Həmin icra sənədinə əsasən borcunu ödəyə bilməmişdir. Hazırda isə tələbkara olan borcunu ödəmişdir. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzə ona olan borcunu ödəmiş və onun barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X4 və borclu Şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri təsdiq edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsi üzrə olan borcunun icrasından boyun qaçırmır və həmin icra sənədləri üzrə ödənişlər etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 3(035)-376/2024 saylı iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM: RAHİD MEHDİYEV.