Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-359/2023 03.07.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 Tələbkar Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 03 iyul 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 03 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-08/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs Namizəd oğlundan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat, cəmi 180 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədləri Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimentin ödənişini təmin etməmiş, çağırışlara gəlməkdən yayınmışdır. Ona görə də onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutularaq İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Hazırda borclunun tələbkara 4380 manat aliment borcu yaranmışdır. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada, o, Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu X5 Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən X1 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı üçün ondan tutulmalı olan alimenti tam şəkildə ödəyə bilmir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs ona iki uşağın saxlanılması üçün hər uşağa 90 manat olmaqla, cəmi 180 manat aliment ödəməlidir. Borclu alimenti ödəmir. Nəticədə onun 4380 manat aliment borcu yaranmışdır. Borclu alimenti ödəməkdən yayınır. Oğlu gözündən əməliyyat olunmuşdur. Ona görə də alimentin ödənilməsinin həyati zərurəti vardır. Lakin, borclu alimentin ödənilməsindən qərəzli şəkildə yayınır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra qətnaməsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-08/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs Namizəd oğlundan qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat; xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə dərhal icra edilməklə hər ay 90 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-08/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs Namizəd oğlundan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs Namizəd oğlundan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından müəyyən edilir ki, borclu Şəxs Namizəd oğlu barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Şəxs Namizəd oğlunun 2(035)-473/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqələri üzrə aliment borcu 4380 manat təşkil edir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 3(035)-455/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Namizəd oğlu əvvəllər də alimentin ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 3(035)-641/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Namizəd oğlu əvvəllər də alimentin ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs Namizəd oğlu barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini hağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 473/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməklə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-359/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-359/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver