Məhkəmə qərarları › İş №3(035)-371/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-371/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-371/2025 06.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Barəsində Azərbaycan Respublikası İXM-nin 344 və 322.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİ Tağım YPX inspketoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı, “X6” markalı mikroavtobusla hərəkətdə olan zaman Bakı, Dəmiryolçular (Sanqaçal) adlanan ərazidə YPX əməkdaşı onu saxlayaraq barəsində əsassız olaraq Azərbaycan Resublikası İXM-nin 322.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözü gedən qərarın tərtib olunmasına səbəb kimi marşurut xəttindən kənara çıxmağı göstərilmişdir. Bildirir ki, o, sifarişli sərnişin daşıma ilə məşğul olduğundan İXM-nin 322.0.1-ci maddəsinin təsir dairəsinə düşə biləcək heç bir qanun pozuntusuna yol verməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi üçün hərəkət cədvəli, hərəkət sxemi, başlanğıc, aralıq və son təyinat məntəqəsinə prinsipləri müəyyən olunmamışdır. Hımçinin barəsində tərtib olunmuş protokol və qərarda törətmiş olduğu inzibati xətanın konkret olaraq nə olması göstərilməmiş sadəcə şablon olaraq İXM-nin 322.0.1-ci maddəsinə istinad olunmuşdur. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş protokol və qəbul edilmiş qərar əsassızdır və ləğv olunmalıdır. Baş X8 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı, “X6” markalı mikroavtobusla hərəkətdə olan zaman Bakı, Dəmiryolçular (Sanqaçal) adlanan ərazidə YPX əməkdaşı onu saxlayaraq barəsində əsassız olaraq Azərbaycan Resublikası İXM-nin 322.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hərəkət cədvəli və ya hərəkət sxeminə riayət olunması müntəzəm sərnişin daşımaya aiddir. Ancaq o, qeyri-müntəzəm sərnişin daşıma ilə məşğul olur. Müntəzəm sərnişin daşıma zamanı, marşurut müəyyən vaxt intervalı ilə hərəkət edir, yəni, sərnişin oldu-olmadı hərəkət cədvəli və ya hərəkət sxeminə uyğun olaraq nəqliyyat vasitəsi fəaliyyət göstərməlidir. Qeyrimüntəzəm sərnişin daşıma zamanı isə hərəkət üçün vaxt verilir, lakin, nəqliyyat vasitəsi vaxt intervalı ilə deyil, dolduqdan sonra hərəkətə başlayır. Qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti məşğul olduğu üçün hesab edir ki, barəsində inzibati xıəta haıqqnda protokol yanlış tərtib edilmişdir. Tibbi müayinədən keçməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmir və həmin hissədə özünü təqsirli bilir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 16:16 radələrində Bakı şəhəri, Dəmiryolçular (Sanqaçal) qəsəbəsi ərazisində “X6 Mikroavtobus” markalı, ** SY *** nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 344 və 322.0.1-ci maddəsi ilə təqsirli bilinib, XM-in 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşurutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşurutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına görə müvafiq olaraq, 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş 666942 №li, xx.xx.2025-ci il tarixli buraxılış kartından və SDV seriyalı 23343 №-li, xx.xx.2025-ci il tarixli buraxılış vəsiqəsindən görünür ki, X2 avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə qeyri-müntəzəm sərnişin daşınmasına icazə verilmiş və həmin buraxılış kartının və buraxılış vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXP ******* nömrəli protokol əsasında 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarından göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, o İXM-nin 322.0.1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Lakin, bu hala qiymət verilmədən DYP əməkdaşı onun barəsində protokol tərtib etmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(035)-371/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli, 3(035)-371/2025 saylı və 29 sentyabr 2025-ci il tarixli, 3(035)-371/2025 saylı məktubları ilə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək, qərarın qəbul edilməsinə əsas olan sübutların, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclaslarının tarixlərinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124-cü maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və müvafiq protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin, göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənməklə inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyət isə İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsinin mənasını əhəmiyyətsiz etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına; görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəlllənin 344-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə otuz manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən olunur ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda İXM-in 344-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi (şəxs özü də məhkəmə iclasında tibbi yoxlamadan keçmədiyini etiraf etmişdir) barədə düzgün nəticəyə gəlinsə də, İXM-in 322.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq göstərilmiş, şəxs qeyri-müntəzəm sərnişin daşıma fəaliyyətini həyata keçiridiyi halda, o müntəzəm sərnişin daşıma qaydalarının pozulması hallarına görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 1.3.4; 1.3.5 və 1.3.6-cı bəndlərinə görə müntəzəm sərnişin daşımaları dedikdə– işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımalar; qeyri-müntəzəm sərnişin daşımaları dedikdə – taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla, sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımaları; ölkədaxili sifarişli daşımalar dedikdə – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımalar başa düşülür. Aşkar edilmiş və təqdim edilmiş sübutlar fonunda məhkəmə şikayətçinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatlarını inandırıcı olaraq qəbul edir və hesab edir ki, şəxsin əməlində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş normalar üzrə inzibati xəta hadisəsinin tərkibinin olması tam araşdırılmamış və onun əməli tamlıqla sübuta yetirilmədən, yalnız mülahizələr əsasında, gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qərar qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət qimən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİ Tağım YPX inspketoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar