Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-372/2025 06.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 322.0.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ Vİİ Tağım YPX inspketoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ Vİİ Tağım YPX inspketoru, polis baş serjantı X4 tərəfindən 05 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 185.5-ci kilometrliyində idarə etdiyi dövlət qeydiyyat nişanı ** SY *** olan “X7” markalı mikroavtobusla hərəkətdə olan zaman 05 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 185.5-ci kilometrliyində idarə etdiyi dövlət qeydiyyat nişanı ** SY *** olan “X7” markalı mikroavtobusla hərəkətdə olan zaman 05 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı protokolu tərtib edərək, 05 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərara əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Sözü gedən protokol Azərbaycan Respublikası İXM-nin 322.0.9-cu maddəsi əsas gətirilərək tərtib olunsa da, o, YPX əməkdaşına buraxılış kartı və buraxılış vəsiqəsi üzrə müəyyən olunmuş hərəkət cədvəli ilə sifarişli sərnişin daşıma fəaliyyəti ilə məşqul olduğunu bildirsədə onun dediklərinə əhəmiyyət verilməmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş 666942 №li, buraxılış kartından görünür ki, X2 ölkədaxili sifarişli sərnişin daşınmasına icazə verilmiş və həmin buraxılış kartının qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək müəyyən edilmişdir. Səlahiyyətli orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli SDV seriyalı, 23343 №-li buraxılış vəsiqəsi ilə də qeyri-müntəzəm sərnin daşımaya icazə verildiyi təsdiq edilmişdir. İş materiallarında olan 05 sentyabr 2025-ci il, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXP ******* nömrəli protokol əsasında 50 manat məbləğində cərimə edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.4-cü maddəsinə görə qeyri-müntəzəm sərnişin daşımaları dedikdə, sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları nəzərdə tutulur. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 322.0.9-cu maddəsinə əsasən qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə görə əlli manat məbləğində cərimə edilir. X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 322.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərlə müəyyən olunmuşdur ki, X2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA tərəfindən qeyri-müntəzəm, yəni ölkədaxili sifarişli sərnişin daşınmasına icazə verilməsinə aid buraxılış kartının və buraxılış vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək müəyyənləşdirilmişdir. Aşkar edilmiş və təqdim edilmiş sübutlar fonunda məhkəmə şikayətçinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatlarını inandırıcı olaraq qəbul edir və hesab edir ki, şəxsin əməlində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş norma üzrə inzibati xəta hadisəsinin tərkibinin olması müəyyən edilmədiyindən, həmin qərar ləğv edilməli və şikayətçi barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 130, 131, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 322.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ Vİİ Tağım YPX inspketoru, polis baş serjantı X4 tərəfindən 05 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №3(035)-372/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-372/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver