Məhkəmə qərarları › İş №3(035)-376/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-376/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-376/2024 21.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 21 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 30 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi ziyana görə 2277.4 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsi və 2(035)-694/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3323,98 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı cavabdehin ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsi ilə sorğular edilmiş lakin borclunun adında tələbin yönəldilə bləcəyi hər hansı bir daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Daha sonra borclu şöbəyə dəvət olunmuş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə izahatı alınaraq icra sənədləri üzrə tələbi təmin etməsi bildirilsə də o, icra sənədləri üzrə tələbi nə vaxtsa rəsmi iş yeri olduqda o zaman təmin edəcəyini bildirmişdir. Sonrakı müddətdə borclu xx.xx.2023-cü il tarixdə təkrar şöbəyə dəvət olunmuş və icra sənədləri üzrə tələbi təmin etməsi bir daha nəzərinə çatdırılmışdır. Lakin borclu icra sənədi üzrə tələbi ödəyə bilməyəcəyini bildirmişdir. Sonrakı müddətdə borclu şöbəyə dəvət olunmuş, lakin çağırış üzrə gləməkdən yayındığı üçün barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunaraq qərar icra edilməsi üçün aidiyyəti orqana göndərilmiş və borclu xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Təkrarən icra sənədləri üzrə tələbi təmin etməsi bildirilmiş, borclu isə cavabında icra sənədi üzrə tələbi təmin edə bilməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(035)-694/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borcunu maddi imkanın olmaması və işləməməsi səbəbindən bu günə qədər ödəyə bilməmişdir. Hal-hazırda 2(035)- 313/2023 nömrəli icra sənədi üzrə olan borcundan xx.xx.2024-cü il tarixli 400 manat və xx.xx.2024-cü il tarixli 600 manat ödəniş qəbzini, 2(035)-694/2022 nömrəli icra sənədi üzrə olan borcundan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 200 manat ödəmişdir. Bundan sonrada qalıq borcunu vaxtında ödəyəcəyini bidirmişdir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan şəxs Şəxs 2(035)-313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(035)-694/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə cəmi borcundan ümumilikdə 1200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqələri üzrə olan borcunun icrasından boyun qaçırmır və həmin icra sənədləri üzrə ödənişlər etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-376/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar