Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-377/2024 30.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən X6, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Zərdab rayon icra və probasiya şöbəsinin etibarnamə üzrə nümayəndəsi, icra məmuru X3 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, aylıq 400-500 manat civarında gəlir əldə edən, Zərdab şəhəri, 21 saylı qəsəbəsi, ev 25, mənzil 5də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Zərdab rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Zərdab rayon icra və probasiya şöbəsinin icra məmuru X7 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-273/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və 12 avqust 2021-ci il təvəllüdlü X2 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pul tutularaq X1 verilməlidir. Mediasiya xərcinə görə 50 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X1 ödənilməlidir.İcra vərəqəsi Zərdab rayon icra və probasiya şöbəsinə 11 aprel 2023-cü il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərara qəbul edilərək bildirişlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borcluya məxsus (050) ***-**-** nömrəli mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış və aliment ödənilməsi, həmçinin icra məmurunun şöbəyə dəvət edilməsinə dair qanuni tələbinə əməl etməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu ona dəfələrlə edilmiş şifahi və yazılı çağırışlara gəlməməsi səbəbindən barəsində Zərdab rayon icra və probasiya şöbəsi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə axtarışa verilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab Rayon Polis Şöbəsi tərfərəfindən borclu barəsində 430252 saylı axtarış işi açılmışdır. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 30 may 2024-cü il tarixdə Zərdab rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda 5339 manat aliment borcu var ki, borclu bir manat da olsun tələbkarın hesabına pul ödəməmişdir. Borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmala məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin məhkəmə qərannin icrasından yayınmağa çalışmışdır. Bu da dövlətin adında çıxmış qərarın və icra sənədində göstərilən tələbi icrasız qalmasına və tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Zərdab rayon icra və probasiya şöbəsinin etibarnamə üzrə nümayəndəsi, icra məmuru X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-273/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və 12 avqust 2021-ci il təvəllüdlü X2 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pul tutularaq X1 verilməlidir. Mediasiya xərcinə görə 50 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X1 ödənilməlidir.İcra vərəqəsi Zərdab rayon icra və probasiya şöbəsinə 11 aprel 2023-cü il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərara qəbul edilərək bildirişlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borcluya məxsus (050) ***-**-** nömrəli mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış və aliment ödənilməsi, həmçinin icra məmurunun şöbəyə dəvət edilməsinə dair qanuni tələbinə əməl etməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu ona dəfələrlə edilmiş şifahi və yazılı çağırışlara gəlməməsi səbəbindən barəsində Zərdab rayon icra və probasiya şöbəsi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə axtarışa verilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab Rayon Polis Şöbəsi tərfərəfindən borclu barəsində 430252 saylı axtarış işi açılmışdır. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 30 may 2024-cü il tarixdə Zərdab rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda 5339 manat aliment borcu var ki, borclu bir manat da olsun tələbkarın hesabına pul ödəməmişdir. Borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmala məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin məhkəmə qərannin icrasından yayınmağa çalışmışdır. Bu da dövlətin adında çıxmış qərarın və icra sənədində göstərilən tələbi icrasız qalmasına və tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hazırkı vaxtadək cəmi 200 manat ödəniş etməsinin səbəbi ondan ibarət olmuşdur ki, o, bu müddət ərzində maddi cəhətdən çətinlik çəkmişdir. Bundan əlavə onu da qeyd etdi ki, o, lizinq predmeti olan avtomobil götürmüş, lakin qəza baş verdiyindən daha da maddi çətinliyə uğramışdır. Lakin, aliment verilməsi qət edilən uşaq onun doğma uşağıdır, o, alimentin ödənilməsindən boyun qaçırmır və imkanı olduqca (hazırda 200 manat pul verə bilər) ödəyəcəkdir. Bundan əlavə, o, zərərçəkən şəxsə dəfələrlə istər bank kartı vasitəsilə, istərsə də poçt xidməti vasitəsilə ödənişlər etmiş, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əməlindən peşman olmasını, yaşını, ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-273/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və 12 avqust 2021-ci il təvəllüdlü X2 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pulun tutularaq ona verilməsi qət edilsə də, hazırkı vaxtadək sözügedən qətnamə icra edilməmişdir. Bu günədək cəmi 200 manat ödəniş etsə də, bu uzun zaman ərzində heç bir ödəniş etməmişdir. Odur ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-273/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və 12 avqust 2021-ci il təvəllüdlü X2 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pul tutularaq X1 verilməlidir. Mediasiya xərcinə görə 50 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X1 ödənilməlidir. İcra vərəqəsi Zərdab rayon icra və probasiya şöbəsinə 11 aprel 2023-cü il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərara qəbul edilərək bildirişlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borcluya məxsus (050) ***-**-** nömrəli mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış və aliment ödənilməsi, həmçinin icra məmurunun şöbəyə dəvət edilməsinə dair qanuni tələbinə əməl etməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu ona dəfələrlə edilmiş şifahi və yazılı çağırışlara gəlməməsi səbəbindən barəsində Zərdab rayon icra və probasiya şöbəsi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə axtarışa verilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab Rayon Polis Şöbəsi tərfərəfindən borclu barəsində 430252 saylı axtarış işi açılmışdır. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 30 may 2024-cü il tarixdə Zərdab rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda 5339 manat aliment borcu var ki, borclu bir manat da olsun tələbkarın hesabına pul ödəməmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 30 sentyabr 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayətçidir, ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədi üzrə borcunu ödəməməsini, tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən qətnamə üzrə hazırkı vaxtadək cəmi 200 manat ödəniş edilməsi iş üzrə icra hərəkətlərinin həyata keçirilməsinə münasibətdə, məhz Şəxs tərəfindən formal xarakter daşıdığından görünüş xatirinə edilmiş icra ödənişi kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs əməlini yüngülləşdirən hallar olaraq ailə vəziyyəti və maddi vəziyyəti nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə yaranmış borcun uzun müddət və qərəzli olaraq icra edilməməsini, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 30 sentyabr 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(035)-377/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-377/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver