Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-38/2024 01.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Alıyev Camal Veysil oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəridə Pulman oteldə xidmətçi işləyən, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 01 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X5 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxsdan 41,60 manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçrülməsi və 25 manat məbləğində pulun tutularaq X1 ödənilməsi qət edilmişdir. Həmçinin Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanıması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxsdan alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borculunun yaşadığı yer məlum olmadığından xx.xx.2023-cü il tarixli qərar ilə barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə Polis əməkdaşları tərəfindən İcra və probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədlərinin icra olunmasının zəruriliyi ona izah olunmuş, lakin borclu tələbi icra etməmişdir. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, evvəllər işləmədiyindən icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Məhkəmənin çağrışlarına isə hazırda Bakı şəhərində Pulman oteldə işlədiyindən gələ bilməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanıması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxsdan alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxsdan 41,60 manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçrülməsi və 25 manat məbləğində pulun tutularaq X1 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Quba Rayon Məhkəməsinin 2(027)- 261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Quba Rayon Məhkəməsinin 2(027)- 261/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-38/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-38/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver