Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-38/2025 14.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs Müdafiəçi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 14 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Dəkkəoba kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə üvləri ilə birlikdə Zərdab şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus 01 ədəd, sənədlə qeydiyyatı olan “TOZ” markalı, 16 çaplı, tək lülə, P74742 nömrəli yivsiz ov silahı vardır. 9 yaşlı övladı talassemiya xəstəsi olduğundan həkim ona çöl quşu yeməli olduğunu məsləhət bildiyi üçün 23 oktyabr 2024-cü il tarixdə özünə məxsus VAZ 2107 markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərdab rayonu Dəkkəoba kəndi ərazisində boş sahəliyə getmiş və orada özünə məxsus ov tüfəngi ilə 2 ədəd çöl quşu olan “Turac” ovlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra onu Polis Şöbəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmək istəyir ki, özünə məxsus sənədli ov tüfəngi ilə qanunsuz olaraq ov etdiyi üçün peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Şəxs maddi vəziyyətini nəzərə alaraq onun barəsində cərimə cəzası deyil ov hüququnun məhdudlaşdırılmasına dair cəza tətbiq edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş edir İşdə olan Zərdab rayon Polis Şöbəsinin təhqiqatçısı Orxan Quliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsinin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati icraatın açılması üçün qərarın surəti Zərdab rayon Polis Şöbəsinin İTB-nə təqdim edilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 2327 nömrəli ovçuluq biletindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ov etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, habelə ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 01 ədəd, sənədlə qeydiyyatı olan “TOZ” markalı, 16 çaplı, tək lülə, P74742 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməməklə, 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 01 ədəd, sənədlə qeydiyyatı olan “TOZ” markalı, 16 çaplı, tək lülə, P74742 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməməklə, 01(bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti "xxxx" MMC-yə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-38/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-38/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver