Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-387/2024 19.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Baxşəli oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Şahhüseynli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala 19 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Zərdab rayonunun Şahhüseynli kəndində yaşadığı evdə heç bir icazəsi olmayan sənətsiz yivsiz ov silahı saxlamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşı X3 məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərdab rayonu Şahhüseynli kəndində yaşadığı evdə heç bir icazəsi olmadan sənətsiz, yivsiz ov tüfəngi saxlamışdır. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Zərdab rayonun Şahhüseynli kəndində qeydiyyatda olmaqla yaşayır. 01 ədəd, 16 kalibrli, qoşa lülə, nömrəsi silinmiş vəziyyətdə olan yivsiz ov tüfəngi mərhum atasından miras qalmışdır. Atası vəfat edən müddətə kimi həmin ov tüfəngi atasının yaşadığı evin otağında olsa da həmin ov tüfəngini heç vaxt istifadə etməmişdir. Buna baxmayaraq 13 aprel 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində olduğu zaman üç nəfər polis əməkdaşı yaşadığı ünvana gəlib ona heç bir sənədi olmayan yivsiz ov tüfəngi saxlaması barədə məlumat daxil olduğunu demişlər. O, polislərə həqiqətən də evdə mərhum atasından qalma yivsiz of tüfənginin olduğunu söyləyərək özü könüllü həmin ov tüfəngini onlara təqdim etmişdir. Səhfini başa düşür, törətdiyi əməlindən peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. 1 ədəd qoşa lülə, 16 çaplı, nömrəsi silinmiş vəziyyətdə olan ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(035)-387/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-387/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver