Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-394/2025 24.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul xalid oğlunun katibliyi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonu, Qoşaoba kəndi 1 May küçəsi ev 16-da qeydiyyatda olan, Ucar şəhərində yaşayan Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 24 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 23 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, tələbkar X6 ilə cavabdeh Şəxs arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 Nə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçı X2, xx.xx.2015-ci il təvəllüdlü X10 borclu Şəxs himayəsində saxlanılmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə borclu Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 (100 manat) misli, cəmi 0.5 (200 manat) misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tələbkar tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu borclu Şəxs alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirilməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və Zərdab rayon Məhkəməsinin 3(035)-156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati işə xitam verilmişdir. Sonrakı müddətdə müxtəlif tarixlərdə izahatı alınaraq icra sənədi üzrə tələbin təmin edilməsi üçün yenidən könüllü müddət verilmiş, lakin borclu icra sənədi üzrə tələbi tam təmin etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu yenidən şöbəyə dəvət olunmuş xx.xx.2025-ci il tarixdə izahatı alınaraq icra sənədi üzrə yaranmış 1170 manat alimenti ödəməsi bildirilsə də tələbi təmin etməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə prosesinin gedişində borclu aliment borcundan 665 manat ödəmişdir, lakin, protokol tərtib edildikdən sonra əlavə ödəməli olduğu ayların alimenti də borcunun üzərinə gəlmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, azyaşlı oğlu Ömər onun himayəsindədir, xəstəlikdən əziyət çəkir. Digər iki uşağa münasibətdə yaranmış aliment borcundan ödənişlər etmişdir. Qalan borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə borclu Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 (100 manat) misli, cəmi 0.5 (200 manat) misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tələbkar tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu borclu Şəxs alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 665 manat pulu tələbkara ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədi üzrə tələb hazırda icra edilir, onun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı icra sənədi üzrə borc məbləğinin müəyyən hissəsini ödəməsi və qalan borcunu qısa müddət ərizində ödəməyə söz verməsi ilə aradan qalxmışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin olunması istiqamətində icra məmuru tərəfindən yetərincə icra hərəkətləri həyata keçirilmiş olsaydı, icra mərhələsində də analoji nəticəni əldə etmək mümkün olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-394/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-394/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-394/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver