Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-395/2024 06.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Ukrayna Respublikasının Kırım Muxtar Respublikasının Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Məmmədqasımlı kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 06 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Zərdab rayonunun Körpükənd kəndində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində olarkən oranın işcisinə qarşı ucadan nalayiq ünvansız söyüşlər söyərək onunla mübahisə etmişdir. Daha sonra həmin yerə polis əməkdaşları gələrək özlərini ona təqdim edib onu sakitləşdirməyə çalışsalarda o, əsəbi olduğu üçün onların qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Etdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərdab rayonu Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Qoruqbağı kənd sakini X3 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə müraciət edərək Zərdab rayonu Məmmədqasımlı kənd sakini Şəxs onun işlədiyi yanacaq doldurma məntəqəsinə gedərək oranı partlatmaq istəməsini bildirmişdir. Bundan sonra dərhal polis əməkdaşları Şəxs yaşadığı Zərdab rayonu Məmmədqasımlı kəndindəki ünvanına gedərək müvafiq araşdırmanın aparılması üçün onu Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Ravil küçəyə çıxaraq ucadan ünvansız nalayiq söyüşlər söyərək heç bir yerə getməyəcəyini söyləmişdir. Polis əməkdaşları onu nə qədər sakitləşdirməyə, nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarını dinləməmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları Şəxs Polis Şöbəsinə gətirmiş, onun tərəfindən inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Emin Cavadov izhatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə Zərdab rayonu Qoruqbağı kənd sakini X3 müraciət edərək Zərdab rayonu Məmmədqasımlı kənd sakini Şəxs onun işlədiyi yancaq doldurma məntəqəsinə gələrək oranı partlatmaq istədiyini söyləmişdir. Bundan sonra dərhal Zərdab rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı Nihat Əhmədov və İTB-nin sahə polis nəfəri Şirin Şirinov ilə birlikdə Məmmədqasımlı kəndinə Şəxs yaşadığı ünvana gedərək araşdırmanın aparılması üçün onu polis şöəsinə dəvət etmişlər. Ancaq Ravil onalrın qanuni tələbinə tabe olmayaraq ünvansız nalayiq söyüşlər söymüşdür. Bundan sonra onlar Şəxs rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 08 radələrində ünvan 4 ünvansız söyüşlər söymüşdür. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020504 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidin izahatı, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və hadisəni sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-395/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-395/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver