Məhkəmə qərarları › İş №3(035)-395/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-395/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-395/2025 20.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Şabran Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı X6 vəsatət verərək şikayət ərizəsinə yaşadığı yerin məhkəməsində baxılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(031)-393/2025 saylı qərardadı ilə vəsatət təmin edilərək X4 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinərək o, 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin elektron qərarla razı deyildir. İstifadəsində olan ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinə yüklərin yükləndiyi yer üzrə xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, avtomobil yükləndikdən sonra ümumi çəkisi 39280 kq olmuşdur. Getdiyi yol boyu tərəzilərdə heç bir çəki pozuntusu qeydə alınmamış, lakin Şabran rayonu Molla Kamallı kəndində yerləşən dövlətə məxsus tərəzidə çəkinin 43800 kq olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldığı yer üzrə də çəkilmiş, bu zaman çəkinin normal olduğu müəyyən edilmişdir. Hesab edir ki, o, təqsirləndirildiyi maddənin təsiri altına düşə biləcək inzibati xəta törətməmişdir və barəsində qəbul edilmiş elektron qərarın qanunsuz olduğu üçün ləğv edilməsini xahiş edir. Baş X9i İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş X9i İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 izahatında bildirdi ki, xx.xx.1968-ci ildə Zərdab rayonunun Bəyimli qəsəbəsində anadan olmuşdur, evlidir, orta təhsillidir, hazırda sürücü işləyir. Zərdab rayonu Bəyimli qəsəbəsində qeydiyyatda olsa da, hazırda işi ilə əlaqədar müvəqqəti olaraq faktiki Bakı şəhərində yaşayır. İstifadəsindən olan “DAF Yük” markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi ilə sifariş əsasında Quba şəhərindən Bakı şəhərinə 5 saylı MMCnin yükünü daşımışdır. 12 avqust 2025-ci il tarixdə yükü apararkən 5 saylı MMC-yə məxsus sertifikatı olan tərəzidə idarə etdiyi avtomobil yüklə birlikdə çəkilmiş və 39280 kq olmuşdur. Quba-Bakı yolunun Şabran rayonundan keçən hissədə, Molla Kamallı kəndində yerləşən AYNA-ya məxsus tərəzidə idarə etdiyi avtomobil çəkilmiş və yüklə birlikdə ümumi çəki 43800 kq olduğu müəyyən olunmuşdur. Lakin, sonra Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən tərəzidə avtomobil yenidən çəkilmiş və pozuntu qeydə alınmamışdır. Bakı şəhərində yükü boşaltdığı yerdə də bir daha avtomobil yüklə birlikdə çəkilmiş və çəkinin 39280 kq olduğu təsdiqlənmişdir. İşində maneələr yarandığı üçün mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulan inzibati cərimə məbləğini tam olaraq ödəmişdir. Buna baxmayaraq məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan CC:33:31:08:0E8C nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:50:01-də, M-1 129-cu km, Şabran rayonu Molla Kamallı kəndi, Bakı istiqamətində hərəkətdə olan “DAF FTXF 105” Yük markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 43800 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin EQ EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, hərəkət halında çəki ölçmə nəzarət sistemi, markası Kistler, modeli 9835 A olan xüsusi texniki vasitənin məlumatına əsasən xx.xx.2025-ci il tarixdə saat 09:50:01-də, M- 1 129-cu km, Şabran rayonu Molla Kamallı kəndi, Bakı istiqamətində hərəkətdə olan “DAF FTXF 105” Yük markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati xəta almış şəxs tərəfindən təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbilə X4 barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X2 Şəhadətnaməsindən görünür ki, “DAF FTXF 105” Yük markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan X1 Edilməsi haqqında etibarnamədən görünür ki, X5 “DAF FTXF 105” Yük markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilən xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, X4 istifadəsində olan nəqliyyat vasitəsində GPRS, GPS/GSM izləmə sistemi mövcud olmadığına görə onun 12 avqust 2025-ci il tarixdə hərəkət trayektoriyası barədə məlumat verilməsi mümkün deyildir. Lakin, müvafiq qayda pozuntusuna görə təyin olunmu cərimə məbləği sürücü tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş internet informasiya ehtiyatlarından (AsanPay ödəniş sistemindən) əldə olunmuş çıxarışdan məlum olmuşdur ki, EQ 29893336 saylı elektron qərar artıq ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Beləliklə, mübahisələndirilən inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə təqdim olunmuş elektron qərarda olan fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X4 istifadəsində olan “DAF FTXF 105” Yük markalı, ** VT *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi Şabran rayonun Molla Kamallı kəndində (Bakı istiqaməti M-1 129 km) olarkən faktiki kütləsinin 43800 kq olduğu müəyyən olunmuşdur. Bu hal isə Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası ilə müəyyən olunmuş həddlərin aşılması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi məhkəmə iclasında öz təsdiqini tapır. Şikayətçi tərəfindən onun İXM-in müvafiq maddəsində göstərilən inzibati xətanı törətməməsi bildirilsə də, məhkəmə zamanı müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu səbəbdən də onun barəsində elektron qərar qəbul olunmuşdur. Həmçinin, məhkəmə iclası zamanı qərardan şikayət verən şəxsin izahatı və “Asan Pay” ödəniş portalından əldə edilən çıxarışdan məlum olmuşdur ki, X6 onun barəsində tərtib olunmuş EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar üzrə cərimə məbləğini tam şəkildə ödəmişdir. Bu onu deməyə əsasən verir ki, R.Hacıyev müvafiq qərardan şikayət versə də, sonradan həmin qərarda göstərilən inzibati xətanı törətməsini qəbul etmiş və həmin qərarla razılaşaraq, ona verilmiş tənbeh üzrə olan cərimə məbləğini ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla inzibati xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmiş, ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassız olduğu üçün təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 29893336 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar