Məhkəmə qərarları › İş №3(035)-396/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-396/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-396/2024 05.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Prokurorunun nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Zərdab rayon Prokurorluğundan Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən toplanmış materiala 05 iyul 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X1 tərəfindən xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2014-cü ildən hal-hazıradək ünvan 1 ünvanında yerləşən özünə məxsus ümumi sahəsi 0.009530 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahsinin 66.3 kvadratmetr ərazisi üzərində yerləşən qeyri-yaşayış binasının tikilməsi barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməmiş, bununlada onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394- 1.1-ci maddəsi ilə inzibati icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, 2014-2015-ci illər ərzində Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ona məxsus qeyri-yaşayış binasının tikilməsi barədə məlumatın verilməsi həmin tarixdə tələb olunmadığı üçün onun tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilməmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərdab rayon Prokurorunun nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan şəxs Şəxs qeyd olunan dövrlərdə apardığı tikinti işləri ilə əlaqədar olaraq məlumatın Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən olunmuş müddətdə göndərilməməsi inzibati xəta hadisəsini törətmişdir. Buna görə də onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-35/2-4289/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən obyektləri, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 may 2023-cü il tarixli 889-VİQD nömrəli Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək həmin Məcəllənin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminat sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edirdi. İşdə olan 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmsı haqqında qərardan görünür ki, vəzifəli şəxs Şəxs 2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yerləşən özünə məxsus ümumi sahəsi 0.009530 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin 66.3 kvadratmetr ərazisi üzərində yerləşən qeyri-yaşayış binasının tikilməsi barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş tikilən və istismar edilən tikinti obyekti barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsi inzibati xəta hadisəsini törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından, tədqiq edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanmsı haqqında qərar və əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Zərdab rayon X1 tərəfindən xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2014-cü ildən hal-hazıradək ünvan 1 ünvanında yerləşən özünə məxsus ümumi sahəsi 0.009530 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahsinin 66.3 kvadratmetr ərazisi üzərində yerləşən qeyri-yaşayış binasının tikilməsi barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməmiş, bununlada onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə inzibati icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsinin sanksiyasında göstərilir ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə-vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən özünə məxsus ümumi sahəsi 0.009530 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahsinin 66.3 kvadratmetr ərazisi üzərində yerləşən qeyri-yaşayış binasının tikilməsi barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərmək halı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs deyil müvafiq icra hakimiyyəti orqanının (qurumunun) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Yuxarıda müəyyən olunduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.1, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-396/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar