Məhkəmə qərarları › İş №3(035)-397/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-397/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-397/2024 02.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qıznın katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Tələbkar Quliyeva (Hacıyeva) Səadət İsfəndiyar qızının, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Alıcanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 02 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 07 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Şəki Apellasiya məhkəməsinin 2(107)-840/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş ancaq borclu Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsi iddianın təmin olunmamış birgə nigah dövründə əldə edilmiş “QAZ-330232- 216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin dəyərinin bölünməsi hissəsində ləğv edilmiş həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilmişdir. “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin dəyəri olan 15.000 manat pulun yarısı 7.500 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməlidir. Qətnamənin nəticə hissəsinin 2-ci abzasında borcludan alınıb tələbkara verilməli olan qızıl-zinət əşyalarının siyahısından sonra yazılan “və ya” bağlayıcısı “qətnamə icra olunan vaxt mövcud olmasa” söz birləşməsinə dəyişdirilməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin dəyişdirilmədən saxlanılan hissəsi – tələbkar X2 məxsus olan qiyməti 1750 (bir min yeddi yüz) manat olan 1 ədəd ümumi cəkisi 25 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl boyunbağı sep (tros); qiyməti 1400 (min dörd yüz) manat olan 1 ədəd ümumi cəkisi 20 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl qolbağı; qiyməti 175 (yüz yetmiş beş) manat olan 1 ədəd ümumi cəkisi 2.5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük; qiyməti 490 (dörd yüz doxsan) manat olan 1 ədəd ümumi cəkisi 7 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl sırğa; qiyməti 245 (iki yüz qırx beş) manat olan 1 ədəd ümumi cəkisi 3,5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük, "qətnamə icra olunan vaxt mövcud olmasa" onların ümumi dəyəri olaraq 4060 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 120 manat, cəmi 4180 manat cavabdeh X4 alınaraq tələbkara X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borcluya xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Daha sonra borclu şöbəyə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilmiş və xəbərdalıq şəxsən təqdim olunmuşdur. Lakin borclu icra sənədi üzrə tələbi tam təmin edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda borclu icra sənədi üzrə tələbin hissəhissə ödənilməsi barədə məhkəməyə müraciət etmiş və Zərdab rayon məhkəməsinin 8(035)- 26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müraciəti təmin edilməmişdir. Tələbkar isə öz növbəsində icra sənədi üzrə tələbin tam şəkildə icra olunması üçün xx.xx.2024-cü il tarixdə şöbəyə müraciət etmişdir. Borclu icra sənədi üzrə tələbləri tam şəkildə təmin edə bilməyəcəyini qeyd etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədi üzrə tələbkar X1 olan borcunu maddi imkanın zəyif olması və işləməməsi səbəbindən bu günə qədər ödəyə bilməmişdir. Hal-hazırda borcundan 3000 manat ödəniş etmişdir. Geri qalan borcundan 2000 manat pul vəsaitini 1 ay müddətində, ondan sonra geri qalan borcunu isə tam olaraq sentyabr ayının sonuna qədər ödəyəcəyini bildirmişdir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan tələbkar Səadət Hacıyeva (Quiyeva) tərəfindən təqdim olunmuş xx.xx.2024cü il tarixli qəbzdən görünür ki, borclu Şəxs icra sənədi üzrə olan borcundan 3000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqələri üzrə olan borcunu tam olaraq ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-397/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar