Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-399/2025 01.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyasının Astarxan vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, işləməyən, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 2/10, mənzil 10-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 01 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Zərdab rayonu Əlvənd kəndində X3 və Zərərçəkmiş şəxs2 döymüşdür. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 izahatında göstərmişdir ki, Şəxs, X6 və Zərərçəkmiş şəxs2 həmkəndli olmaqla qohum və qonşudurlar. Ailələr arasında uzun müddətdir ki, münaqişə və mübahisə vardır. Dəfərlərlə 102 ximət mərkəzinə şikayət edərək əsassız olaraq bir-birlərini ittiham edirlər. Hazırki işlə bağlı Zərdab rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən araşdırma aparılaraq Şəxs 25 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Zərdab rayonunun Əlvənd kəndində X6 və Zərərçəkmiş şəxs2 döyməsi faktı əsasında cinayət təqibinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin X1 göndərilmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, X6 və Zərərçəkmiş şəxs2 arvadının qohumlarıdır. Tural onun arvadı haqqında xoşagəlməz söhbətlər danışdığı üçün məsələni aydınlaşdırmaq üçün onlara getmiş və həmin vaxt aralarında mübahisə yaranmış və yaxalaşmışlar. Hazırda zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 25 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Şəxs onlara gələrək oğlu Turalla mübahisə edib dalaşmış, Turalın köynəyini cırmışdır. O, onları aralamaq üçün araya girdikdə Ramiz onu da vurmuşdur. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Ramiz Qayıbova qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 25 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Şəxs onlara gələrək onunla mübahisə edib dalaşmış və onu vurmuşdur. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Ramiz Qayıbova qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 izahatında göstərmişdir ki, 25 iyul 2025ci il tarixdə saat 18:00 radələrində özünəməxsus traktorla Zərərçəkmiş şəxs2 yaşadığı evin yanından keçərkən küçədə Turalla Ramizin mübahisə etdiklərini görmüşdür. Həmin vaxt onların yanında olan Turalın arvadı ilə Ramizin arvadı və qaynanasının orada onları aralaşdırdığını görmüşdür. Tahirə Zülfüqarovanı orada görməmişdir. Hadisə həyətdən çöldə olmuşdur. İş materiallarında olan sənədlərdən, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Zərdab rayonu Əlvənd kəndində X3 və Zərərçəkmiş şəxs2 döymüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Qaibov X5 əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 91 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər – sağ saiddə qançır və sıyrıq, sol baldırda sıyrıq -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə və təpiklə vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 92 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər – sol kürəkdə və qarının sol yan divarında sıyrıqlar -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən küt alətlə vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X6 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X6 və Zərərçəkmiş şəxs2 döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif etmişdir. Məhkəmə də, Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələblərinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 53, 114, 128-130-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-399/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-399/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver