Məhkəmə qərarları › İş №3(035)-422/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-422/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-422/2025 14.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 14 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə saat 10:00 radələrində Zərdab rayonu Yuxarı Seyidlər kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs həmkəndli olmaqla qonşudurlar. Ailələr arasında son vaxtlar münaqişə və mübahisə vardır. Hazırki işlə bağlı Zərdab rayon Polis Şöbəsinin TQnun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən araşdırma aparılaraq Şəxs 10 iyul 2025-ci il tarixdə saat 10:00 radələrində Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Zərərçəkmiş şəxs döyməsi faktı əsasında cinayət təqibinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin X1 göndərilmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Nizami onun qızlarını təhqir etdiyi üçün aralarında mübahisə yaranmış və yaxalaşmışlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 10 iyul 2025-ci il tarixdə saat 10:00 radələrində Zərdab rayonu Yuxarı Seyidlər kəndində onu vurmuşdur. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə saat 10:00 radələrində Zərdab rayonu Yuxarı Seyidlər kəndində Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 84 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – başın orta təpə nahiyyəsində və burunun sol yan səthində qançırlar -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirilməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif etmişdir. Məhkəmə də, Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələblərinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 53, 114, 128-130-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar