Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-424/2025 29.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonu, Ağaşı Seyidlər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 29 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 21 avqust 2025-ci il tarixdə Zərdab rayonu, Şəftəhal kənd sakini Zərərçəkmiş şəxs məxsus traktora 875 manat məbləğində ziyan vuraraq əmlakını qəsdən zədələmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, Zərdab Rayon Polis Şöbəsinin təhqiqat qrupundan daxil olmuş təhqiqat materiallarından məlum olmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs məxsus traktora zərər vurmuşdur. Təhqiqat qrupu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək müvafiq material şəxsin barəsində inzibati tədbir görülməsi üçün göndərilmişdir. Protokol tərtib olunan zaman şəxslərin şifahi dindirilməsi zamanı müəyyən olunmuşdur ki, hadisə vaxtı Zərərçəkmiş şəxs gəlib traktoru saxlamışdır. Bu zaman həmin ərazidə yerləşən ictimai iaşə obyektində (yeməkxanada) istirahət edən Şəxs gələrək traktorun söndürülməsini tələb etmiş və həmin vaxt alkoqollu içkinin təsiri altında olmuşdur. Həmin vaxt onların arasında mübahisə olmuş və mübahisə zamanı Bəxtiyar 102 zəng xidmət mərkəzinə zəng vuraraq məlumat vermişdir. Sonradan qarşı tərəf zəng edərək hadisə barədə məlumat vermişdir. Müraciətin araşdırılması məqsədilə polis əməkdaşları hadisə yerinə getmiş, zərərəçəkən bildirmişdir ki, Şəxs traktorun qapılarını bərkdən açıb-çırparaq, statyorun şunurunu, traktorun və.s hissələrini qıraraq ona maddi ziyan vurmuşdur. Şəxs özü də etiraf etmişdir ki, traktorun qapısını açıb-örtmüş və statyorun şunurunu dartmışdır, ancaq başqa heç bir şey etməmiş və deyilən həcmdə traktora ziyan vurmamışdır. Məhkəmədən protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, traktora ziyan vurmamışdır. İşdən gələrkən Zərdab rayonunun Aşağı Seyidlər kəndində yemək yemək üçün yol kənarında yerləşən kafedə düşmüşdür. Yemək yeyərkən alkoqollu içki də qəbul etmişdir. Həmin vaxt yeməkxananın qarşısında traktor dayanmış və 4 dəfə qaz pedalına sıxılaraq möhkəm səs çıxarmışdır. O, da yeməkxanadan çıxaraq səsə öz etirazını bildirmiş, tarktorun sağ qapısını açaraq Vahidə traktora qaz verməməsini deyib qapını bağlamışdır. Aralarında mübahisə yaranmış, orada olan şəxslər tərəfindən sakitləşdirilmişlər. Bundan sonra Zərərçəkmiş şəxs tarktoru sürüb getmişdir. Bununla belə hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, axşam vaxtı gələn zaman, təxminən saat 20 radələri olardı Zərdab rayonunun, Aşağı Seyidlər kəndində yerləşən mağazaya getmək məqsədilə idarə etdiyi traktoru saxlamışdır. Xalası oğlu Əzim də onunla bir yerdə olmuşdur və traktoru saxladıqdan sonra o, mağazaya su və siqaret almağa getmişdir. Həmin vaxt Şəxs yaxınlaşıb traktorun qapısını açıb çırparaq, ona sür get demişdir. O, da öz növbəsində bildirmişdir ki, mağazaya gedən var, gəlsin sürüb gedəcəkdir. Bu vaxt Şəxs statyorun şunurunu əli ilə dartıb qırmış, yan işığı qopartmış və qapıları açıb möhkəm çırpmışdır. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 izahatında göstərmişdir ki, hər iki şəxsi rayon sakini kimi tanıyır və heç biri ilə düşmənçilik və ədavəti yoxdur. Hadisə baş verən günü Zərdab rayonunun Aşağı Seyidlər kəndində yerləşən mağazaya getmişdir. Mağazanın yanında yeməkxana yerləşir və Şəxs həmin yeməkxananın həyətində qoyulmuş masada oturduğunu görmüşdür. Zərərçəkmiş şəxs traktoru saxlayandan sonra, Şəxs traktora hücum edərək traktorun qapılarını bərkdən açıb-örtməsini, statyora əl atdığını, qabaq yan işığı qırdığını görmüşdür. Bu zaman orada olan kənd sakinləri tərəfindən hər iki şəxs aralaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 izahatında göstərmişdir ki, Şəxs kənd sakini kimi tanıyır, Zərərçəkmiş şəxs isə onun bibisi oğludur. Şəxslərdən heç biri ilə hər hansı düşmənçilik və ədavəti yoxdur. Hadisə vaxtı o həmin ərazidə yerləşən yeməkxanada köməklik göstərirmiş. Şəxs həmin yeməkxanada yemək yeyərkən, bu zaman Vahid traktoru saxladı və qazlamağa başladı. Bəxtiyar da yeməkxanadan çıxaraq traktorun sağ qapısını açıb səs salmamasını bildirdi, sonra qapını bağlayaq yenidən yeməkxanaya geri döndü. Şəxs traktora hər hansı ziyan vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 izahatında göstərmişdir ki, Şəxs kənd sakini kimi tanıyır, Zərərçəkmiş şəxs isə onun xalası oğludur. Hər iki şəxslə münasibəti normaldır, hər hansı düşmənçilik və ədavəti yoxdur. Hadisə baş verən günü o, Vahidlə birlikdə Zərdab rayonunun Aşağı Seyidlər kəndində yerləşən mağazaya getmişdir. Vahid traktorda qalmış, o isə mağazaya düşüb getmişdir. Təxminən 10-15 dəqiqə ərzində mağazadan alışveriş etdikdən sonra çölə çıxanda hadisə barədə eşitmişdir, ancaq heç bir şey görməmişdir. İş materiallarında olan sənədlərdən, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarından, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2025-ci il tarixdə Zərdab rayonu, Şəftəhal kənd sakini Zərərçəkmiş şəxs traktoruna 875 manat məbləğində ziyan vuraraq əmlakını qəsdən zədələmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Astanov X2 əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan X1 Şəhadətnaməsindən görünür ki, Belarus MTZ-82 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı traktor Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, zərər aktından görünür ki, Belarus MTZ-82 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı traktora baxış keçirilən zaman 875 manat məbləğində zərər müəyyənləşdirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti qalmamışdır. Ona görə də barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərdab rayonu, Şəftəhal kənd sakini Zərərçəkmiş şəxs traktoruna 875 manat məbləğində ziyan vuraraq əmlakını qəsdən zədələdiyi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə töfsif etmişdir. Məhkəmə də, Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin inzibati işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 53, 114, 128-130-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-424/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-424/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver