Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-428/2025 20.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonu Şahhüseyinli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 20 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş 20 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 10-11 dekabr 2025-ci il tarixdə saat 18:00 radələrində yaşadığı kəndin ərazisində qanunsuz olaraq az miqdarda narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə naməlum şəxs tərəfindən Zərdab rayonu, Şahhüseynli kənd sakini Şəxs narkotik vasitədən istifadə etməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə edilmiş müraciət əsasında Zərdab RPŞnin məsul növbətçisi İlqar Əhmədzadə tərəfindən şöbə rəhbərliyinə raport verilmiş, həmin raport əsasında Zərdab RPŞ-nin X1 baş əməliyyat müvəkkili Kamran Ağabalazadə tərəfindən həmin şəxs Zərdab RPŞ-yə dəvət edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər rayonlararası narkoloji dispanserindən müayinədən keçirilmiş və onun marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Zərdab RPŞ-nin X1 baş əməliyyat müvəkkili Kamran Ağabalazadənin raportu icraatına daxil olmuşdur. Həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonunun Şahhüseynli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. 10 oktyabr 2025-ci il tarixdə axşam saat 5-6 radələrində yaşadığı kənd ərazisinin çöl torpaq sahəsində olarkən yerdən siqaret qutusu tapmış və həmin siqaret qutusunun içərisinə baxdıqda 3-4 siqaret dənəsinin və bir ədəd siqaret dənəsnin isə qalın olduğunu görmüş, həmin siqaret dənəsi ona maraqlı gəldiyi üçün onu qutudan çıxarmış və çəkmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmə faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə 17 oktyabr 2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutumuş və 18 oktyabr 2025-ci il tarixdə saat 15:10-da buraxılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV
Məhkəmə qərarları › İş №3(035)-428/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-428/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver