Məhkəmə qərarları › İş №3(035)-435/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-435/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-435/2025 30.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan və Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 30 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 izahatında göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 13000 manat məbləğində maddi ziyan və 141 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədi ərazi aidiyyatı ilə Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. Lakin, borclu çağırışlara gəlmədiyindən xx.xx.2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədinin icra olunmasının zəruriliyi bir daha ona izah olunmuş, lakin, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə bayun qaçırmışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəs ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zərdab rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmiş və çağırışlara gəlməmişdir. Borclu çağırışlara gəlmədiyindən xx.xx.2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədinin icra olunmasının zəruriliyi bir daha ona izah olunmuş, lakin, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə bayun qaçırmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Əgər vaxt verilsə belə həmin borcu bir dəfəyə ödəyə bilməyəcəkdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Şabran Rayon Məhkəməsinin 2(031)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 13000 manat məbləğində maddi ziyan və 141 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tutularaq xx.xx.2025-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə təhfil verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(035)-222/2025 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu eyni icra sənədinə münasibətdə icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmrunun qanuni tələblərini təkrarən üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş ) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 30 oktyabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar