Məhkəmə qərarları › İş №3(035)-438/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-438/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-438/2024 28.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məəhəmməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 oğlunun iştirakı ilə, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X19 iş üzrə qərarından verdiyi şikayətə 28 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X19 iş üzrə qərara əsasən X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təqsirli bilinmiş və onun 800 (səkkiz yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X16 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqında qərardan şikayət verən şəxs X11 lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Məhkəmə işə inzibati xəta haqında qərardan şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 izahatında göstərmişdir ki, Zərdab rayon Prokurorluğu tərəfindən X14 Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-5/1-16265/2024 nömrəli müraciətə Xidmətin Mərkəzi Aran Regional Şöbəsində baxılmışdır. “Zərdab rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 18-1-79/2- 239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 18-1-79/2-270/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 131 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-79/2-306/2024 nömrəli məktubları ilə təqdim etdiyi sənədlərə əsasən X5 xx.xx.2020-ci il tarixdən X23 Şöbəsində baş feldşer vəzifəsində çalışır. X23 Şöbəsində 0.5 ştat tibb bacısı vəzifəsində işləyən X6 xx.xx.2023- xx.xx.2023-cü il tarixidək hamiləliyə və doğuşa görə məzuniyyətə, xx.xx.2023-cü il tarixdən isə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. X5 xx.xx.2023-cü il tarixli, 272 nömrəli əmrlə müvəqqəti əvəzetmə yolu ilə iş saatı daxilində əlavə 0.5 ştat tibb bacısı vəzifəsini xx.xx.2024-cü il tarixədək (TTTY Stansiyasının RTTTY Mərkəzinin təbeliyinə keçməsi ilə əlaqədar olaraq) icra etmişdir. “Zərdab rayon Mərkəzi Xəstəxanası” X17 X23 Şöbəsinin 2024-cü ilin yanvar ayı üzrə iş vaxtının uçotu tabeliyinə baxış keçirilərkən X2 hər iş günü üçün nəzərdə tutulan iş saatından 1 saat artıq işlədilməsi müəyyən edilmiş, lakin iş vaxtından artıq vaxtda görülən işə görə əlavə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (normal əmək və istirahət rejiminə riayət edilməsini) və 165-ci maddəsinin (iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) tələbləri pozulduğu üçün işəgötürən barəsində X19 Protokol tərtib edilərək inzibati icraata başlanılmış, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli X21 Haqqında Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən X16 barəsində 800 manat inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda X3 iş vaxtından artıq vaxtda görülən işə görə əlavə əməkhaqqının ödənilməsinə gör Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) əsasən “Zərdab rayon Mərkəzi Xəstəxanası” X17 rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-1735/2-31344/2024 nömrəli icrası məcburi olan göstəriş xarakterli məktub ünvanlanmışdır. Hesab edir ki, X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbsəinin rəisi tərəfindən qəbul edilmiş X21 haqqında qərar qanuna müvafiq qəbul edilmişdir. Ona görə də, həmin qərarın qüvvədə saxlanmasını və şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X7 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X19 iş üzrə qərar dəyişdirilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı X19 iş üzrə qərara əsasən X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və onun 800 (səkkiz yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X1 Günel Ələmdar qızını hər iş günü üçün nəzərdə tutulan iş saatından 1 saat artıq işlətməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (normal əmək və istirahət rejiminə riayət edilməsini) və 165-ci maddəsinin (iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) tələblərini pozduğu üçün onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X19 iş üzrə qərar əsaslıdır. Ona görə də X8 şikayəti təmin edilməməlidir. Məhkəmə Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X19 iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar