Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-448/2025 07.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Rusiya Federasiyası, Kostromo vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 07 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 00:25 radələrində Zərdab şəhəri, 4 Yol adlanan ərazidə ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməklə içtimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri Rauf Faxrəddinli digər polis nəfəri Tofiq Mərdanlı ilə birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Rəmzi Səmədov məlumat verərək Zərdab şəhəri 51 saylı qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə dəfələrlə müraciət etməsini bildirmişdir. Bu səbəbdən həmin polis nəfərləri Şəxs olduğu ünvana getdikdə həmin şəxsin 4 yol adlanan ərazidə ucadan səs-küy salaraq içtimai qaydanı pozduğunu görüb ona yaxınlaşaraq nizam intizama dəvət etsələr də sonuncu öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onu Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təfil vermişlər və raportla şöbə rəhbərinə məlumat verilmişdir. Həmin raport əsasında Şəxs barəsəində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 06 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciət ilə əlaqədar Zərdab RPŞ-nin əməkdaşları onun olduğu əraziyə gələrək izahat verməsi üçün onu Polis Şöbəsinə aparmaq istəmişlər. Sərxoş olduğundan ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş və Polsi Şöbəsinə getməkdən imtina etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin, onu Polis Şöbəsinə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X2 izahatında bildirmişdir ki, polis nəfəri Tofiq Mərdanlı ilə birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Rəmzi Səmədov məlumat verərək Zərdab şəhəri 51 saylı qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə dəfələrlə müraciət etməsini bildirmişdir. Bu səbəbdən Şəxs olduğu ünvana getdikdə həmin şəxsin 4 yol adlanan ərazidə ucadan səs-küy salaraq içtimai qaydanı pozduğunu görüb ona yaxınlaşaraq nizam intizama dəvət etsələr də sonuncu öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onu Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təfil vermişlər və raportla şöbə rəhbərinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfər X5 şahid X1 izahatına uyğun izahat vermişdir. İşdə materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 00:25 radələrində Zərdab şəhəri, 4 Yol adlanan ərazidə ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməklə içtimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 00:25 radələrində Zərdab şəhəri, 4 Yol adlanan ərazidə ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməklə içtimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 06 noyabr 2025-ci il tarixdən saat 02:20-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-448/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-448/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver