Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-449/2025 13.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Zərdab rayonunun Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 13 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 13 noyabr 2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 27 oktyabr 2023-cü il tarixdən başlayaraq, 21 noyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Bundan başqa Zərdab Rayon Məhkəməsinin e- 2(035)-409/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasından verilmiş xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs əsas borca görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 230 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildirişlərlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İcra sənədinin icrasının təmi olunması məqsədilə borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə, izahatları alınmasına baxmayaraq o, üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməyərək məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan olunması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş və borclu xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Zərdab rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Boclunun izahatı alınmış, ona hüquq və vəzifələri, həmçinin məsuliyyəti yenidən izah olunaraq icra sənədləri üzrə qalan borc məbləğlərinin ödənilməsi ondan tələb edilmiş, lakin, o borcundan heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Hazırda Şəxs aliment borcu 640 manat təşkil edir, digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərdab rayonunun Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Xanlar massivi ünvanında yaşayır. Barəsində olan məhkəmə qətnamələrindən xəbəri var. Hazırda işləmir, ona görə də icra sənədləri üzrə borcunu ödəyə bilmir. Yaxın günlərdə işlə təmin olunacaq və işlə təmin olunandan sonra borcunu ödəyəcəkdir. Qısa müddətə vaxt verilsə belə hazırda ödəniş etmək imkanı yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsi və icra məmurunu dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 1601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 27 oktyabr 2023cü il tarixdən başlayaraq, 21 noyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub, X3 verilməlidir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin e-2(035)-409/2025 saylı, 01.05. 2025-ci il tarixli qətnaməsi əsasından verilmiş xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 230 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 1601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi və Zərdab Rayon Məhkəməsinin e- 2(035)-409/2025 saylı, 01.05. 2025-ci il tarixli qətnaməsi əsasından verilmiş xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişlərin surətindən görünür ki, Şəxs bildirişləri şəxsən qəbul etmiş, ona hüququ və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli “xəbərdarlıqlar”in surətindən görünür ki, Şəxs xəbərdarılqları şəxsən qəbul etmiş, ona məsuliyyəti izah olunmuşdur. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 13 noyabr 2025-ci il, saat 17:55-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-449/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-449/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver