Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-451/2025 25.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 31487235 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31487235 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 **-YD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cobalt LTZ minik markalı avtomobilin sahibi X1r. Həmin şəxslə dostluq münasibətində olduğundan avtomobildən müvəqqəti istifadə üçün ona etibarnamə vermişdir. Eyni zamanda qeyd edir ki, etibarnaməsi olsada avtomobil çox zaman mülkiyyətçinin istifadəsində olur. İnzibati xəta hadisəsi baş verən günü yəni xx.xx.2025-ci il tarixdədə avtomobil mülkiyyətçinin istifadəsində olmuşdur. Lakin buna baxmayaraq həmin tarixdə barəsində sürət həddini aşmağa görə İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ 31487227 saylı elektron qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, qərarın tərtib olunmasına səbəb inzibati xətanın onun tərəfindən törədilməsinə dair iş materiallarında olan fotoşəkillərdir. Lakin iş materiallarında olan fotoşəkillərə nəzər saldıqda məlum olur ki, inzibati xəta hadisəsi baş verən zaman həmin avtomobili idarə edən o deyildir. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və ləğv olunmalıdır. Baş X9 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş X9 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 izahatında bildirdi ki, **-YD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cobalt LTZ minik markalı avtomobilin sahibi X1r. Həmin şəxslə dostluq münasibətində olduğundan avtomobildən müvəqqəti istifadə üçün ona etibarnamə vermişdir. Eyni zamanda qeyd edir ki, etibarnaməsi olsada avtomobil çox zaman mülkiyyətçinin istifadəsində olur. İnzibati xəta hadisəsi baş verən günü yəni xx.xx.2025-ci il tarixdədə avtomobil mülkiyyətçinin istifadəsində olmuşdur. Lakin buna baxmayaraq həmin tarixdə onun barəsində sürət həddini aşmağa görə İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ 31487227 saylı elektron qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, qərarın tərtib olunmasına səbəb inzibati xətanın onun tərəfindən törədilməsinə dair iş materiallarında olan fotoşəkillərdir. Lakin iş materiallarında olan fotoşəkillərə nəzər saldıqda məlum olur ki, inzibati xəta hadisəsi baş verən zaman həmin avtomobili idarə edən o deyildir. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahat verərək bildirmişdir ki, İnzibati xəta hadisəsi baş verən vaxt yəni, xx.xx.2025-ci il tarixdə **-YD-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cobalt LTZ minik markalı avtomobili həqiqətən o idarə etmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq sözü gedən avtomaşına etibarnamə ala bilməmişdir. Həmin avtomobilə sonuncu dəfə etibarnamə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 verildiyi üçün onun törətdiyi inzibati xəta hadisəsi üzrə cərimələr Araz Cəbişova hesablanmışdır. Məhkəmə şikayət verən şəxsin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 31487227 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 25.2-ci km-da Yevlax istiqamətində “Chevrolet Cobalt LTZ Minik” markalı, ** YD *** nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarından göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar X2 barəsində qəbul edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, həmin hadisə baş verən vaxt avtomobili o yox X3 idarə edirdi. Lakin, bu hala qiymət verilmədən elektron qərar onun barəsində qəbul edilmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli, 3(035)-451/2025 saylı məktub ilə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək, qərarın qəbul edilməsinə əsas olan sübutların, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclaslarının tarixlərinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124-cü maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və müvafiq protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin, göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənməklə inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyət isə İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsinin mənasını əhəmiyyətsiz etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.. İş materialları ilə müəyyən olunur ki, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31487235 nömrəli inzibati tənbeh vermə haqqında qərarda İXM-in 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı barədə düzgün nəticəyə gəlinməmiş, beləki, hadisə baş verən vaxt avtomobili idarə edən X3 olmuşdur. Aşkar edilmiş və təqdim edilmiş sübutlar fonunda məhkəmə şikayətçinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatlarını inandırıcı olaraq qəbul edir və hesab edir ki, şəxsin əməlində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş normalar üzrə inzibati xəta hadisəsinin tərkibinin olması tam araşdırılmamış və onun əməli tamlıqla sübuta yetirilmədən, yalnız mülahizələr əsasında, gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qərar qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31487235 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31487235 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə) göndərilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №3(035)-451/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-451/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver