Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-464/2024 29.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, X15 qərardan şikayət verən şəxs Abdurahmanov Samir Rafiq oğlu və onun müdafiəçisi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X6 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 iş üzrə qərarından verdiyi şikayətə 29 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X16 tərəfindən (xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı X15 iş üzrə qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təqsirli bilinmiş və onun 900 (doqquz yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, Sahibkar olaraq, şərikli pay bölgüsü əsasında, ünvan 1 ünvanda “Üfüq” marketdə xx.xx.2023-cü il tarixdə bu marketin rəsmi əmək müqavləsi üzrə işləyəm işçiləri tərəfindən oğurluq, başqasının əmlakını ələ keçirmə və mənimsəmə əməlləri törədilmişdir. Nəticədə öz işçiləri tərəfindən ona 37563 manat zərər vurulmuşdur. 26 sentyabr 2023-cü il tarixdə toplanılan sübut növləri, dəlillər, marketin mühafizə kamerasının video görüntüləri onun tərəfindən Zərdab rayon Prokurorluğuna göndərilmişdir. Zərdab rayon Prokurorluğunda sahibkara qarşı törədilmiş bu cinayət əməli doğru-düzgün qiymətləndirilməmiş, xx.xx.2023-cü il tarixdə bu şəxslərə qarşı cinayət işinin başlanılması rədd edilmişdir. Törədilmiş cinayət əməlinə doğru-düzgün qiymət verilməsi xahişi ilə Azərbaycan Respulikası Baş Prokurorluğuna müraciəti əsasında Zərdab rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı rəğv edilərək yenidən araşdırılması üçün Zərdab rayon Prokurorluğuna qaytarılmışdır. Sahibkara ziyan vuran işçilərdən biri X14 müxtəlif əsassız tələblərlə aidiyyatı qurumlara şikayət xarakterli müraciətlər etmişdir ki, belə təşkilatlardan biri də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsidir. Murad Babayev şikayətində iddia etmişdir ki, onu işdən çixararkən ona son hesab-məzuniyyət pulu verilməmşdir. Onun bu şikayəti əsasında X13 Xidməti X1 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 protokol tərtib etmişdir. Həmin protokol əsasında onu “işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməkdə təqsirli bilərək barəsində xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 izahatında göstərmişdir ki, Zərdab şəhər sakini X7 Zərdab şəhər, Azərbaycan küçəsi, 75 saylı ünvanda yerləşən “Üfüq” marketdə işləyərkən əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı Mərkəzinə etdiyi müraciəti əsasında aparılan araşdırma zamanı təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, “Üfüq” market rəhbərliyi tərəfindən X14 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanıb ödənilməsi təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində X5 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 protokol tərtib etmişdir. Həmin protokola əsasən 900 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hesab edir ki, qərar ədalətli və qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında X15 qərardan şikayət verən şəxs X2 müdafiəçisi Vəkil izahatında göstərmişdir ki xx.xx.2023-cü il tarixdə “Üfüq” marketdə rəsmi əmək müqavləsi üzrə işləyən işçilər tərəfindən oğurluq, başqasının əmlakını ələ keçirmə və mənimsəmə əməlləri törədilmişdir. Nəticədə işçilər tərəfindən X3 37563 manat zərər vurulmuşdur. 26 sentyabr 2023-cü il tarixdə toplanılan sübut növləri, dəlillər, marketin mühafizə kamerasının video görüntüləri Zərdab rayon Prokurorluğuna göndərilmişdir. Zərdab rayon Prokurorluğunda sahibkara qarşı törədilmiş bu cinayət əməli doğru-düzgün qiymətləndirilməmiş, xx.xx.2023cü il tarixdə bu şəxslərə qarşı cinayət işinin başlanılması rədd edilmişdir. Törədilmiş cinayət əməlinə doğru-düzgün qiymət verilməsi xahişi ilə Azərbaycan Respulikası Baş Prokurorluğuna müraciəti əsasında Zərdab rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı rəğv edilərək yenidən araşdırılması üçün Zərdab rayon Prokurorluğuna qaytarılmışdır. Hazırda həmin iş Zərdab rayon Prokurorluğunda araşdırılır. Hesab edir ki, X5 barəsində X13 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə şikayət verən şəxs X4 və onun müdafiəçisi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X8 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X16 tərəfindən (xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 iş üzrə qərar əsaslıdır, ona görə də dəyişdirilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X10 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə X15 protokol tərtib edilmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X16 tərəfindən (xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı X15 iş üzrə qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 900 (doqquz yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X5 işçisi X14 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanıb ödənilməsini təmin etmədiyindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X16 tərəfindən (xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında) qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı X15 iş üzrə qərar əsaslıdır. Ona görə də X2 şikayəti təmin edilməməlidir. Məhkəmə yYuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-464/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-464/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver