Məhkəmə qərarları › İş №3(035)-465/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-465/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-465/2024 28.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X11 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunu, Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 28 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmsı üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat miqdarında aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birgə borclunun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclu çağırışlara gəlmədiyindən, tələbi təmin etmədiyindən və yerini gizlətdiyindən onun barəsində xx.xx.2021-ci il trixdə axtarış qərarı qəbul edilərək icrası üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu Salıyev X3 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə Zərdab rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu icra sənədi üzrə göstərilən tələbi təmin etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə borclunu qeyd olunan maddəyə əsasən təqsirli bilib onun 10 gün müddətinə inzibati qaydada həbs olunmasına dair qərar qərar qəbul etmişdir. Həbsdən çıxadıqdan sonra borcluya yeni müddət təyin edilsədə tələbi təmin etməmiş və çağırışlara gəlməmişdir. Bundan sonra borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöəsinin əməkdaşları tərəfindən borclu saxlanılaraq xx.xx.2024-cü il tarixdə rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Hazırda borclu Şəxs ödənilməmiş 7000 manat aliment borcu vardır və tələbkara heç bir ödəniş etməmidir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı, heç bir yerdə işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan MN ******* saylı protokola əlavədən görünür ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmsı üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat miqdarında aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu 2(035)-598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 28 iyun 2024-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar