Məhkəmə qərarları › İş №3(035)-479/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-479/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-479/2024 09.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab RPŞ-nin İTB-nin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 09 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində Zərdab şəhəri S.Abdullayev küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində evlərinin həyətində olarkən küçədə əl qapılarının yanında kiminsə onu səslədiyini və onun çölə çıxmasını istədiyini eşitmişdir. O, qapıdan çölə çıxarkən ağ rəngli vaz 2107 markalı maşından mülki geyimdə olan bir neçə nəfər dərhal onun qoluna girərək və çəkiliş edərək ondan niyə polisə müqavimət göstərdiyini soruşmuşdur. O, isə cavabında yerimə məhdudiyyəti olduğunu və 3-cü qrup əlil olduğunu, onlara necə müqavimət göstərəbiləcəyini söyləmişdir. Bu zaman onlara post patrul xidməti avtomobili yaxınlaşaraq səs-küy qaldırmağa başlamış o, isə evdə az yaşlı körpəsinin və qoca anasının olduğunu səs-küy qaldırmamalarını onlardan xahiş etmiş, hara istəyirlərsə onlarla gedəcəyini söyləmişdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X4 izahatında göstərmişdir ki, polis serjantları Heydər Ələsgərli və X6 şəhəri S.Abdullayev küçəsində xidmətdə olarkən saat 00:20-də sonradan adının Sahib oğluğunu bildikləri bir nəfər şəxs onları görən kimi onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə özlərini təqdim edib nə məsələ olduğunu ondan soruşmuş, həmin şəxs onlara cavabında bir müddət əvvəl ona haqsız yerə inzibati protokol tərtib olunduğunu söyləmişdir. Onun hərəkətlərindən və davranışından sərxoş olduğu məlum olmuşdur. Bundan sonra Sahib ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamış, polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etməyə çalışsalarda o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları Sahib adlı şəxsi polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Daha sonra İTB-nin polis sahə rəisi X2 trəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində çalışan Ülvi Hüseynov izhatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş qrafik üzrə 4 nömrəli dislokasiya üzrə, yəni Zərdab şəhər ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantları Heydər Ələsgərli, Rauf Faxrəddinli və Ülvi Xankərəmli ilə birlikdə xidmətdə olan zaman saat 00:20 radələrində S.Abdullayev küçəsində onları görən sonradan adının Sahib olduğunu bildikləri bir nəfər şəxs onlara yaxınlaşaraq bir müddət əvvəl ona haqsız yerə inzibati xəta haqqında protokol yazıldığını deyərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Sahib adlı şəxsi dəfələrlə nizam intizama dəvət etməyə çalışsalarda o, onların qanuni tələbinə tabe olmayaraq öz qanunsuz hərəktlərini davam etdirmişdir. Bundan sonra onlar Şəxs rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında izahat verən digər şəahidlər Rauf Faxrəddinli və Heydər Ələsgərlidə şahid Ülvi Hüseynovun izahatına uyğun ifadələr vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Zərdab şəhəri, S.Abdullayev küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Zərdab şəhəri S.Abdullayev küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020514 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. İşdə olan 104 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi iə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoşluq vəziyyəti yüngül dərəcəlidir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Zərdab şəhəri S.Abdullayev küçəsində olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və hadisəni sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:15-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar