Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-481/2023 16.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiallar natamamdır və düzgün tərtib edilməmişdir. Belə ki, inzibati protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilsə də, onun şəxsiyyətinin müəyyən edilməsi və həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə hesablanmış dəbbə pulu barədə hər hansı bir sənəd protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə hesablanmış dəbbə pulu göstərilmədiyindən, bununlada şəxsin inzibati məsuliyyətdən azad olunmasına əsas verə biləcək cəmi ödənişin (cərimə və dəbbənin) məbləğini müəyyən etmək mümkün olmadığından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edən heç bir sənəd əlavə edilmədiyindən inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar natamamlığın aradan qaldırılması üçün İmişli Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materialları natamamlığın aradan qaldırılması üçün İmişli Rayon Polis Şöbəsinə qaytarılsın. HAKİM: İLQAM HƏSƏNƏQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-481/2023
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-481/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver