Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-49/2024 24.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Yasamal rayon DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiallar natamamdır və düzgün tərtib edilməmişdir. Belə ki, inzibati protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin müəyyən edilməsi və həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə hesablanmış dəbbə pulu barədə sənəd protokola yalnış əlavə edilmiş belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, protokola əlavə edilmiş DİN-nin DYP Veb Portalından çıxarış və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində deyil X4 barəsində tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin müəyyən edilməsi və həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə hesablanmış dəbbə pulu barədə sənəd protokola yalnış əlavə edilmiş belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, protokola əlavə edilmiş DİN-nin DYP Veb Portalından çıxarış və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində deyil X4 barəsində tərtib olunduğundan inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar natamamlığın aradan qaldırılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qaytarılmalıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar natamamlığın aradan qaldırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə qaytarılısn. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-49/2024
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-49/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver