Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-501/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Alıyev Camal Veysil oğlunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxs Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-792/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 238.62 manat pul tutularaq BOKT "xxxx" MMC-yə və Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 1874.46 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbi icra etməmiş, icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin, məhkəmə prosesinin gedişində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyevin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-792/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 238.62 manat pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, 1874.46 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan tələbkar BOKT "xxxx" ASC-nin nümayəndəsi Dilarə Hüseynova tərəfindən Zərdab rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış ərizədən görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasını tam şəkildə icra etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-501/2023 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №3(035)-501/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-501/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver